
Daha obyektiv qərarlara dəstək
Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır
Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır
Aviabombalar, tank, top və Qrad mərmiləri, ...
ABŞ Ali Məhkəməsindən tarixi qərar
Brett Kavanonun evinin yaxınlığında silahlı şəxs həbs edilib
Ehtiyat xətdəki vaqonlar alışıb
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
Apellyasiya məhkəməsinin əsassız qərarı bir daha ləğv edildi
500 minlik malı yanan ticarətçi özünü alovun içinə atdı
FHN və DİN əməkdaşları hadisə yerində
Qəza “Trump Tower” kinan tanınan göydələnin orta mərtəbələrində baş verib
Təsəllinin ən pisi ...
Abid Şərifov dəhşətli yanğından danışdı
FHN-dən rəsmi açıqlama
Respublika Narkoloji Mərkəzində dəhşətli yanğın
İlham Əliyev Narkoloji Dispanserdə baş verən yanğınla maraqlanıb
24 nəfər yanaraq ölüb, 34 nəfər xilas edilib, yaralılar var
Ali Məhkəmənin İnzibati-İqtisad Kollegiyası dünən Şirvan Apelyasiya Məhkəməsinin 2010-cu il Kür daşqınından zərər çəkmişlərin işi üzrə qərarından kasasiya şikayətinə baxıb.
Xaqani Məmmədovun sədrliyi ilə keçirilən iclasda iddiaçılar, onların nümayəndəsi və vəkillər, habelə cavabdeh qismində Fövqəladə Hallar Nazirliyi (FHN), «Meliorasiya və su təsərrüfatı» ASC-nin əməkdaşları iştirak ediblər.
Prosesdə iddiaçıların ictimai müdafiəçiləri - «Kür» Vətəndaş Cəmiyyəti qərargahının üzvləri də iştirak ediblər.
Sabirabad rayon sakinləri Firudin Əsgərovun, Bayramxatun Hacıyevanın, Möhübbət Ağayevin və İmadəddin Kazımovun iddialarına baxılıb.
Vaxt.az «Turan»-a istinadən bildirir ki, xəbəri «Kür» Vətəndaş Cəmiyyəti qərargahı yayıb.
M.Ağayevin şikayəti təmin edilib və məhkəmə cavabdehlərin üzərinə ona daşqın nəticəsində dağılmış evini yenidən tikmək öhdəliyi qoyub.
Digər iddiaçıların şikayətləri təmin edilməyib.
Bir neçə gün əvvəl Ali Məhkəmə Saatlı rayon sakini Banu İslamovanın bənzər iddiasını təmin edib.
Təmin edilməmiş iddialar üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndəriləcək.
Kür çayında daşqın nəticəsində mülkiyyət hüquqlarının pozulması ilə bağlı məhkəmələrə ümumilikdə 200 nəfər müraciət edib. İki iddiaçının ərizələri Avropa İnsan Hüquqları Məhkəməsinin icraatına qəbul edilib.
Dörd il əvvəl baş vermiş dağıdıcı daşqının nəticələrinin ləğvi üçün dövlət büdcəsindən 460 mln. manat ayrılıb. «Kür» qərargahının araşdırmalarına və monitorinqlərinə əsasən, bu vəsaitin böyük hissəsi təyinatı üzrə xərclənməyib.