
5 adamı vurdu
Davadan qaçan 3 nəfər avtomobili izdihamın üzərinə sürdü
Davadan qaçan 3 nəfər avtomobili izdihamın üzərinə sürdü
Polisdən qaçan tunisli ikisi patrul maşını olmaqla üç avtomobil qaçırıb
Berlində ibtidai məktəbdə bibər qazı çaxnaşmaya səbəb oldu
7 yaşlı uşaq məktəbə bıçaq gətirdi
Silahları aşkar etmək üçün məktəblərdə detektor qapıları quraşdırılacaq
Bütün məktəblərdə bir dəqiqəlik sükut elan olunacaq
Fransa baş naziri: “Bəzilərinin satışı dərhal qadağan olunacaq”
Fransada şagird çantasını yoxlayan müəllimi bıçaqlayaraq öldürüb
Hücum edən şəxs özüylə bərabər 11 nəfəri qətl etdi
Göldən 19 cəsəd çıxarılıb
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
Almaniya polisi 11 yaşlı uşağı döyərək qaçan şəxsi axtarır
Tunisli qonşusunu öldürdü, türk gənc yaraladı
Çoxlu sayda ölü və yaralı
İtkin düşmüş qrup üzvləri Meksikada meşədə ölü tapılıb
Səfirlik əməkdaşlarını güllələyən qatil haqqında bəzi məqamlar
Təxminən 42 il əvvəl çoxsaylı zorakılıq əlamətləri olan çılpaq kişi cəsədi tapılmışdı. İş bu günə qədər hələ də açılmayıb. Ancaq indi bu, isti bir ipucu ola bilər.
Bohumda açılmamış cinayət işi 40 ildən çox vaxt keçsə də polis istintaqı davam etdirir. Öldürülən Reyner-Cozef Pommereninq işində mühüm izlər əldə etmək ümidi ilə cinayət axtarış şöbəsi üstü açılmamış cinayət işində ictimaiyyətə müraciət edib. Bugünlərdə ZDF-də yayımlanan “Aktenzeichen XY... üstü açılmayıb” proqramında da istintaqı davam edən iş yer alıb.
***
Proqram yayımlandıqdan sonra iki tamaşaçı müstəqil olaraq polisə müraciət edib. Hər ikisi qurbanın axtarılan dostuna bənzəyən kişini tanıdıqlarını bildiriblər. Hər iki şahid eyni təəccüblü detalı xatırladıb.
Hadisə necə baş verib?
1983-cü il sentyabrın 1-də bir məktəbli o zaman 30 yaşında olan Pommereninqin cəsədini tapmışdı. Ölən şəxsin meyiti Bohumda orta məktəbin yanındakı boş ərazidə açıq su kanalında uzanmışdı. Meyitin üzərində şiddətli zorakılıq əlamətləri olub. “Cəsədin üzərində yanıq izləri və kəsiklər də daxil olmaqla ağır xəsarətlər olub. Qurban boğularaq öldürülüb”, - polis bildirib. Yarılma zamanı qarın nahiyəsində zorakılıq və ya işgəncəyə işarə edən ciddi xəsarətlər də aşkarlanıb.
Pommereninq o zaman Kölndə yaşayırdı və ölümündən 3 gün əvvəl naməlum bir adamla bir neçə dəfə homoseksual dairələrdə görünmüşdü. "Onun Bohuma nə üçün gəldiyi və öldüyü gün bu şəxsin yanında olub-olmadığı aydın deyil”, – polis bildirib.
Hələlik şəxsiyyəti məlum olmayan sözügedən şəxsin əsas şahid olduğu düşünülür. 1983-cü ildə 30-35 yaşlarında olan bu şəxsin sol qolunda çarpaz qılınclar olan mavi ürək döyməsi var idi.
5 min avro mükafat
ZDF proqramında həmçinin bildirilirdi ki, Pommereninq 1983-cü ilin avqustunda bir neçə gün Kölndə tanışının yanında qalıb və stansiya ərazisində fahişəliklə məşğul olub. O, avqustun 29-dan etibarən müxtəlif barlarda yenidən naməlum kişi ilə görüntülənib. Ehtimal olunur ki, zorakılıq qurbanı hələ sağ ikən quyuya atılıb.
Cinayətkarı və ya mümkün ortaqları tapmaq üçün polis onun tutulmasına kömək edən məlumat üçün 5000 avro mükafat təklif edib.
Digər tərəfdən, polisin paylaşdığı robot fotosundakı şəxsin 1983-cü ildə kimliyi məlum olmayan “tatuajlı” şəxs olduğu və ya ən azından fotoda göründüyü ifadə edilir.