
Fransanın dörd gözlə gözlədiyi qərar
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Məhkəmə sərt reaksiya göstərdi
55 min iş məhkəmə tarixini gözləyir
Münhendə bank işçisi qondarma cinayətlə yarım milyon avro oğurladı
Saxta gənc qız profili ilə yaşlıları tora salıb işgəncə verənlərə hökm verildi
Rejim tərəfdarlarını döydükləri üçün
İsveçrənin əsə-küylü məhkəməsində külli miqdarda cərimə və 6 il həbs cəzası verildi
Övladlığa götürdüyü uşaqları 85-87 yaşlı cütlüyü evlərindən qovur
Zərərçəkənlər 299 uşağa cinsi təcavüzdə ittiham olunan cərrahın məhkəməsindən narazıdır
Cənubi Koreya dövləti uzun illər uşaq oğurluğu ilə məşğul olub
Cənubi Koreya hökuməti ilk dəfə insan oğurluğuna görə məhkəməyə verilib
Məhkəmə ev sahibinə təzminat ödənməsi ilə bağlı qərar verdi
Üç alman Çinə casusluqda ittiham olunur
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
Prokuror narkotik dəstəsinə məlumat ötürməkdə və cinayətkarlardan rüşvət almaqda günahlandırlır
... Yaxud Ruben Vardanyan həbsxanada xoşbəxtliyin sirrini necə tapdı?
Yanvarın 23-də millət vəkili Aydın Mirzəzadənin sürücüsünün törətdiyi ağır yol-nəqliyyat hadisəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Qocayev Faiq Əşrəf oğlunun törətdiyi ölümlə nəticələnən qəza ilə bağlı ittiham aktı tərtib olunub və Baş Prokurorluğa göndərilib. Bir neçə gün əvvəl isə prokurorluq aktı təsdiq edərək aidiyyatı üzrə Qaradağ rayon Məhkəməsinə göndərib. Artıq məhkəmədə işin icraatına başlanılıb.
Qeyd edək ki, yanvarın 23-də saat 06:50-də Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisində Qocayev Faiq Əşrəf oğlu idarə etdiyi, “Aztelekom” İstehsalat Birliyinə məxsus “Honda-Accord” markalı, 10 PD 199 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1955-ci il təvəllüdlü Cavadova Mariya Hidayətovnanı vurub. Qadın hadisə yerindəcə keçinib. Faktla bağlı təyin edilmiş ekspertiza sürücünün günahkar olması qənaətinə gəlib. Ekspertizanın rəyində bildirilir: “Yol Hərəkəti haqqında Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbi pozulub. Yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinədək azaltmaq üçün bütün tədbirləri görməlidir”.