Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:59 | 21 may 2025 | Çərşənbə
Məqaləyə 200 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Keçən ay məlumat toplamaq üçün Türkiyə daxilində avtomobillərdə quraşdırılmış saxta baza stansiyalarından istifadə edən dəstənin 7 üzvü həbs edilib. Fırıldaqçılıqla məşğul olduğu düşünülən şəbəkənin Çinin xeyrinə də casusluq etdiyi üzə çıxıb.
MİT-in İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsi ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində, qurduqları saxta baza stansiyası vasitəsilə vətəndaşların korporativ şəxsiyyətlərini təqlid edərək onların şəxsi və maliyyə məlumatlarını hədəf alan kibercasusluq şəbəkəsi sıradan çıxarılıb. Əməliyyat zamanı cinayət başında yaxalanaraq saxlanılan 7 əcnəbi şübhəli gətirildikləri məhkəmə tərəfindən həbs edilib.
***
Əməliyyat çərçivəsində həbs edilən şübhəlilərin dövlət məmurlarını və uyğur türklərini hədəf aldıqları məlum olub. Şəbəkənin İstanbul, İzmir, Manisa, Balıkəsir və Bursada xəyal baza stansiyaları qurduğu və məlumat topladığı müəyyən edilib.
Çin kəşfiyyatı üçün çalışan casuslar kəşfiyyat bölmələrinə xas olan üsullardan istifadə edərək saxta baza stansiyaları vasitəsilə hədəf şəxslərin yerlərini, mesajlarını və əlaqə məlumatlarını toplayıblar.
Normalda yalnız məhkəmə qərarı ilə həyata keçirilən texniki nəzarəti təqlid edən qrup, telefon siqnallarını yönləndirmək üçün hissə-hissə qaçaq yolla Türkiyəyə gətirdikləri xüsusi cihazlardan istifadə edib. Şübhəlilərin saxta baza stansiyaları ilə tutduqları məlumatları eyni vaxtda Çindəki serverlərə köçürdükləri, beləliklə də böyük miqdarda telefon məlumatlarını ələ keçirdikləri müəyyən edilib.
Əvvəllər şübhəlilərin bu əməliyyatları dələduzluq məqsədilə topladıqları qiymətləndirilmişdi.
***
Cib telefonlarının avtomatik olaraq ən güclü siqnala qoşulması prinsipindən istifadə edən casuslar hədəflərinə 50 metr yaxınlaşdıqda qurduqları saxta bazalarla telefonların idarə sistemlərinə daxil olublar. Bu yolla onlar mesajlara, zənglərə və siqnallara çıxış əldə ediblər.
Cihazlar müxtəlif kuryerlər vasitəsi ilə parça-parça Türkiyəyə gətirilib. Məsələn, bir kuryer yalnız baza stansiyasının antenasını, digəri batareyasını, digəri isə elektron sxemlərini çatdırıb. Şübhəlilərin gömrük nəzarətindən bu yolla qaçdıqları müəyyən edilib.
Əməliyyatda tutulan şübhəlilərdən bəziləri MİT-in müşahidəsi zamanı bir-birlərini tanımadıqlarını iddia ediblər. Saxlanılanlardan biri Türkiyədə “reklam çəkilişi” aparacağını iddia edib.