
Gəncə darvazaları haradadır?
Gürcülər əsas giriş qapısını satmağa razı olmazdı
Gürcülər əsas giriş qapısını satmağa razı olmazdı
Ehtiyat xətdəki vaqonlar alışıb
Gəncə Dövlət Dram Teatrının sənət yolu
Yeni icra başçısı müqavilə imzalayıb
AFFA-nın “Kəpəz”dəki yeni təyinatlarından ...
Gəncənin icra hakimiyyəti başçısı prezidentin tapşırığı ilə sakinlərlə açıq görüşə getdi
Gəncədə torpaq alverçisi kimi tanınan Məharət Mustafayev işdən çıxarıldı və fəaliyyətinin araşdırılması üçün komissiya yaradıldı
Sakinlər yeni icra başçısının qəbulunda hansı problemlərdən gileyləndilər?
Yeni icra başçısı ilk görüşünü şəhər ağsaqqalları keçirdi
Gənclər və idman nazirinin yeganə övladı barədə bilinməyənlər
Fəzail Ağamalıdan Elmar Vəliyevin işdən çıxarılmasına reaksiya
Gəncənin yeni icra başçısı kimdir?
Prezident İlham Əliyev sərəncam imzaladı
Baş verənlər Cənubi Qafqaza, Azərbaycana qarşı olan böyük planın bir bəndidir
Bu bıçağı verən əli də, onu tutanı da kəsmək lazımdı!
Prosesin arxasında bu paytaxtlar durur: ilk dəfə açıqlanan məlumatlar
Ötən gün axşam saatlarında Gəncədə alim, ictimai elm xadimi faciəvi şəkildə ölüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.
Hadisə elm xadiminin evinin qarşısında, İsmət Qayıbov küçəsində baş verib. Samir Pişnamazzadə avtomobil tərəfindən vurulduqdan sonra, ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
***
Şamaxı-Muğanlı-İsmayıllı yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə yolun 16-cı kilometrliyində, İsmayıllı rayonunun Basqal kəndi ərazisində qeydə alınıb.
Şamaxı rayon sakini, 1992-ci il təvəllüdlü Rəşidov Qərib Rəşid oğlunun idarə etdiyi 90-NR-478 dövlət nömrə nişanlı, «Mercedes» markalı minik maşını sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb və dərəyə aşıb.
Hadisə zamanı maşında tək olan sürücü dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.