Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
14:51 | 20 iyul 2013 | Şənbə
Məqaləyə 1941 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada səfərdə olan Azərbaycanın birinci xanımı, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iyulun 19-da Parisdə Fransanın idman, gənclər, xalq təhsili və ictimai məsələlər üzrə naziri xanım Valeri Firneyron ilə görüşüb. Görüşdə 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı məsələlər müzakirə edilib. Fransanın idman, gənclər, xalq təhsili və ictimai məsələlər üzrə naziri xanım Valeri Firneyron ölkəsinin bu oyunların təşkil olunmasında öz təcrübəsini bölüşmək niyyətini bildirib, Fransa şirkətlərinin oyunlara hazırlıq prosesində iştirakında maraqlı olduğunu diqqətə çatdırıb.
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva oyunlara hazırlıq işlərinin fəal şəkildə aparıldığını, qarşıda duran məsələlərin həlli istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdıraraq qeyd edib ki, idman ölkəsi kimi tanınan Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etmək üzrə ilkin olmaq vəzifəsini layiqincə yerinə yetirəcək və Oyunları yüksək səviyyədə keçirəcək. Mehriban Əliyeva oyunlara hazırlıq prosesində Fransa şirkətləri ilə birgə əməkdaşlıq təklifini müsbət qiymətləndirib.
Görüşdə Avropa Oyunlarına hazırlıq məsələlərini müzakirə etmək üçün sentyabr ayında Bakıda Fransanın İdman, Gənclər, Xalq təhsili və İctimai məsələlər üzrə Nazirliyinin, Fransanın Olimpiya Komitəsi və Fransa şirkətlərinin iştirakı ilə birgə seminarın keçirilməsi barədə razılığa gəlinib.