
Nyu-Yorkda avtobus qəzası
5 ölü
5 ölü
Fransada taksi sürücüləri hökumətə qarşı kütləvi aksiyalara hazırlaşır
Fransada sürücülük vəsiqəsi olmadan avtomobil istifadə etməyin cəzası nədir?
Avropa mədəniyyəti deyildiyi kimi deyilmiş
Sürücü və sərnişinlərin sayəsində azyaşlı qız xilas edilib
75 yaşdan yuxarılar sürücülükdən məhrum oluna bilər
On minlərlə insan narkotikin təsiri altında sükan arxasında yola çıxıb
Avropada yol hərəkətində ciddi pozuntulara qarşı sərt tədbirlər görüləcək
Nəzəriyyə imtahanı üçün 1500 avro tələb edirlər
40-a yaxın nəqliyyat vasitəsi yararsız hala düşüb
Almaniyada ən çox rast gəlinən yol hərəkəti qaydaları pozuntusu
Minlərlə sürücü təlim kursları özbaşınalığının girovuna çevrilib
Avtomobilin içindən kimisə təhqir etmək cərimə ilə nəticələnəcək
Yaşlı qadın cərimədən necə yayındı?
Heç kim üç kritik peşəyə maraq göstərmir
Alternativ xidmətlərə ehtiyac yaranıb
Bakıda 204 saylı sərnişin avtobusunda sərnişinlər nəinki qapıdan sallanırlar, hətta pəncərədən sallanaraq gedənləri də görmək mümkündür.
«ANSpress» xəbər verir ki, həmin hadisəni əks etdirən foto və video yayılıb. Görüntülərdə də sərnişinlərin özlərini necə təhlükəyə atdıqları görünür. Sürücü isə heç bir addım atmır. Görünür, onu sərnişinlərin təhlükəsizliyi yox, qazanc maraqlandırır.
Məsələ ilə əlaqədar avtobusun tabe olduğu «Fidan-Trans» MMC-nin rəhbəri Namiq Allahverdiyevin verdiyi məlumata görə, həmin hadisə barədə xəbərdardır. Artıq sürücü Elçin Hüseynov işdən çıxarılıb. «Düzdür sürücülərlə bacarmaq çox da asan deyil. Lakin mütəmadi yoxlamalar aparırıq. Çalışırıq ki, xidmətimiz qüsursuz olsun», - deyə Namiq Allahverdiyev bildirib.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdiri Elçin Nəsirov da sürücünün işdən çıxarılmasını təsdiqləyib. «Bu barədə məlumat verilən kimi dərhal avtobus saxlanıldı və cərimə meydançasına aparıldı. Sürücü isə işdən çıxarıldı. Onun işi bizim arxivə yazıldı. Daha həmin sürücü heç bir şirkətdə işləyə bilməyəcək», - deyə Elçin Nəsirov bildirib.