
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
8 il müddətinə azadlıqdan məhrum edilmiş güneyli fəal Səid Mətinpurun İran vaxtı ilə gecə saat 10-00 radələrində saxlandığı Evin həbsxanasında azadlığa buraxıldığı bildirilir. Mətinpurun yaxınlarından biri Amerikanın Səsinə bildirib ki, o, təxminən 30 dəqiqə əvvəl Tehrandakı Evin həbsxanasını tərk edərək yaşadığı Zəncan şəhərinə yola düşüb. Səid Mətinpurun özü ilə telefonda danışan yaxını onun azadlığa çıxdığını təsdiq edib. Ancaq hələlik rəsmilər güneyli fəalın sərbəst buraxılması barədə heç bir məlumat vermir.
Səid Mətinpur 2007-ci ilin iyununda İranda azərbaycanlıların milli hüquqları ilə bağlı Türkiyədə keçirilən bir seminara qatıldığı üçün tutulmuş və güneyli fəalın əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilinərək 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsi qərarı ilə 8 il azadlıqdan məhrum edilmişdi.
O, 7 ildən artıq Tehranda yerləşən Evin həbsxanasında saxlanılırdı. Bu həbsxana İranın ən ağır şəraitli məhbəsi hesab olunur. Beynəlxalq insan haqları təşkilatları isə Səid Mətinpuru vicdan məhbusu elan edərək, molla rejimini dəfələrlə güneyli fəalı sərbəst buraxmağa çağırmışdı.