
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Keçən ay Iran parlamentinə seçkilərin ikinci turunda qələbə qazanmış azərbaycanlı millət vəkilləri ana dili məsələsini gündəmə gətirəcəklərinə söz verib. Həm mühafizəkar, həm islahat tərəfdarı, eləcə də müstəqil namizədlər parlamentdə Azərbaycan türkcəsində təhsil məsələsini müzakirəyə çıxaracaqlarını bildirib. Güneyli fəal Həbib Azərsina Amerikanın Səsinin Amerika icmalı proqramında azərbaycanlı millət vəkillərinin proqramları, İranda Azərbaycan dilində təhsil və azərbaycanlıların əsas tələblərindən danışıb.
Həbib Azərsinanın fikrincə, azərbaycanlı parlament üzvlərinin bu dəfə verdiyi vədlər sadəcə seçki kampaniyası zamanı verilən vədlərdən fərqlidir. «Əvvəllər də İranda seçkilər olanda xalqların haqları məsələsi gündəmə gətirilirdi, amma seçkilər keçiriləndən sonra unudulurdu. Amma bu dəfə mən nikbinəm. Çünki xalqların haqlarının tanınması, dil və mədəni azadlıqları məsələsini mən meyvəyə oxşadıram. Bu meyvə artıq yetişib, dəyib, bunun dərilməsinin vaxtıdır. Mənə elə gəlir ki, İranda hakimiyyətdə olanlar özləri bu məsələni başa düşürlər».
Güneyli fəal İran parlamentinə seçilən azərbaycanlı millət vəkillərinin dəyişiklik yarada biləcəyinə inandığını deyir: «Mən nikbinəm ki, bu dəfə məsələ daha ciddidir. Ona görə ki, seçicilər, xalq bunu tələb edir. İranda hakimiyyətdə olanlar, seçilənlər də bunu görürlər, xalqın tələblərindən kənarda qalmaq istəmirlər, bununla ayaqlaşmaq istəyirlər. İmkan daxilində çalışırlar ki, bu məsələlər olsun. Və unutmayaq ki, İranın əsas qanununda xalqların haqları tanınıb, o cümlədən, ana dilində təhsil haqqı tanınıb və bu məsələ indi məncə, daha ciddidir və onun baş tutması imkanı, ehtimalı daha yüksəkdir».
Həbib Azərsina parlament seçkilərinin İranla beynəlxalq dünya arasında əlaqələrin bərpa olmağa başladığı bir şəraitdə keçməsinin ölkədə fərqli ab-havanın yaranmasına gətirib çıxara biləcəyini düşünür. O İranın nüvə proqramını məhdudlaşdırılması müqabilində sanksiyaların aradan qaldırılmasının ölkə iqtisadiyyatına və eləcə də azərbaycanlıların durumuna müsbət təsiri olacağını düşündüyünü bildirib.
İnsan haqları və ətraf mühitin müdafiəçiləri, eləcə də azərbaycanlı milli fəallar uzun illərdir Urmiya gölünün qurumasının qarşının alınması səylərinin gücləndirilməsinə çağırır. Əslən Urmiya şəhərindən olan Həbib Azərsina Urmiya gölündə ekoloji fəlakətin qarşısının alınması səylərinin də güclənəcəyini gözlədiyini deyir: «Bu məsələyə beynəlxalq diqqət nə qədər artsa, Urmu gölünün gələcəyi bir o qədər parlaq olacaq...Bu ilin yağıntıları göstərir ki, orada suyun səviyyəsi bir qədər yüksəlib və bu, ümidvericidir. İnşallah Urmu gölü bərpa olacaq, orada su çoxalacaq, flaminqolar yenidən qayıdacaqlar».