
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Oktyabr ayının son günlərində 100 millət vəkilinin yer aldığı «Türk Bölgələri Fraksiyası»nın İran Parlamentində təsisi xəbərinin yayılmasından sonra İran millətçiləri geniş kampaniya başladaraq fraksiyanın «İranın milli birliyinə qarşı təhdid» olduğunu irəli sürürlər.
Noyabrın 10-da internetdə Türk Fraksiyası ilə bağlı müxtəlif görüntü və videolar yayılıb. Onların «Tehran Mətbuat Sərgisi»nə aid olduğu ehtimal edilir.
Videolarda tanınmış film və teatr aktyorları Daryuş Ərcmənd və Əhməd Nəcəfi İran parlamentində «Türk Bölgələri Fraksiyası»nın təsis edilməsinə qarşı çıxaraq öz irqçi xislətlərini ortaya qoyublar.
D.Ərcmənd jurnalist kimi yaxınlaşan birinin Türk Fraksiyası ilə bağlı verdiyi sualın cavabında deyir ki, «Belə bir fraksiyanı yarada bilməzlər. Bura İrandır, İranda türk yoxdur, yalnız azəri var». Aktyor on milyonlarla türkün milli kimliyini təhrif edərək onları azəri adlandırır.
Digər Videoda isə Əhməd Nəcəfi küçə ədəbiyyatı ilə Azərbaycan və Türkiyəyə qarşı fikirlər söyləyir və Türk Fraksiyasının yaradılmasını tənqid edir. «Azərbaycan, Ermənistan və Gürcüstanın memarlığı bizə aiddir. O bölgələr İran memarlığının əsəridir»- deyə o bildirib.
Ə.Nəcəfi «türklər Səttarxan və azərbaycanlı Məşrutə tərəfdarlarını türk qəhrəmanları adlandırırlar» deyən şəxsin cavabında, bütün bunların yanlış olduğunu və bundan təəccübləndiyini bildirir. O belə sözləri deyənlərin hamısını şüursuz adlandırır.
İran parlamentində «Türk Bölgələri Fraksiyası»nın yaradılmasına qarşı çıxanlar sadəcə irqçi aktyorlarla məhdudlaşmır. Bundan öncə parlament sədri Əli Laricani və Bəndər-Abbas şəhərinin millət vəkili Əhməd Muradi yeni təsis edilmiş Türk Fraksiyasına münasibət bildirərkən bu barədə xəbərdarlıq edib, Fraksiyanı İranın milli birliyinə qarşı təhdid olduğunu bildirmişdilər. Bir qrup şəxs isə «Bir neçə tarixçi-alim» adı ilə parlamentin sədri Əli Laricaniyə məktub yazaraq yeni təsis edilmiş «Türk Bölgələri Fraksiyası»nın qarşısı almağa çağırmışdılar.
İran mediasının məlumatında və sosial şəbəkələrdə yayımlanan şəkillər və videolarda isə İran millətçiləri bəyanatlar yaymaq, sosial şəbəkələrdə kampaniya təşkil etmək və müxtəlif tədbirlərlə Türk Fraksiyası liderlərinin yolunu kəsmək şəklində etirazlar bildirirlər. O cümlədən, sosial şəbəkələr və internet portallarında nəşr edilən bir videoda noyabrın 5-də Tehranda keçirilən mətbuat sərgisinə qatılan Türk Fraksiyasının rəisi Məsud Pezeşkiyanın bir qrup İran millətçisi tərəfindən əhatə edildiyi görünür.