
Tarixi sənəd olan foto
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Düşürsən yadıma, bombalar yağanda ...
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt diktatura idi
İran İsrailə qarşı savaşında niyə yaşayan Azərbaycan türklərini “canlı qalxan” kimi istifadə edir?
İran parlamentinin Miyandab, Şahindej və Tikabdan seçilən deputatı Homayun Haşimi, noyabrın 12-də jutrnalistlərə açıqlamasında kürddilli deputatların fraksiya yaratmaq niyyətində olduğundan xəbər verib.
Homayun Haşimi deyib ki, kürd elitası və ziyalıları Kürdistanın inkişafı üçün hərəkətə keçməlidir: «Parlamentin kürddilli deputatları fraksiya yaratmaq qərarına gəliblər. Məqsəd isə parlamentdə digər dillər üçün nəzərdə tutulmuş haqqın kürdlərə də şamil edilməsidir. Kürd dilinin kökü min illər əvvələ gedib çıxır və kürdlər İranın ən əsil etnik qrupudur. Kürdistanın isə tarix boyu həmişə özünə məxsus yeri olub. Onun ədəbiyyat və mədəniyyət sahəsində də deməyə sözü çoxdur.
Hesab edirəm ki, kürd elitası və ziyalıları, Kürdistanın və bölgənin inkişafı üçün hərəkətə keçməli, bu işdə fəal olmalıdır. Biz deputatlar, parlamentdə Kürddilli Deputatlar Fraksiyasının yaradılmasını tələb etmişik. İstəmişik ki, ölkə parlamentində digər dillər üçün nəzərdə tutulmuş hüquq kürdlərə də şamil edilsin».
Xatırladaq ki, oktyabrın 30-da İranda 100-dən çox türk deputatının iştirakı ilə yaranmış Türkdilli Deputatlar Fraksiyasının ilk iclası keçirilib.
Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə yol tapan deputatların ilk iclasında təbrizli deputat, İran parlamenti sədrinin canişini Məsud Pezeşkiyan Türkdilli Deputatlar Fraksiyasının sədri vəzifəsinə, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun canişinləri vəzifəsinə seçilib. İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.
Fraksiyanın fəaliyyətə başlaması və onun funksiyası barədə jurnalistlərə açıqlama verən sözçü Zəhra Sai deyib ki, İran parlamentinin 25 deputatı artıq Türkdilli Deputatlar Fraksiyasının mərkəzi şurasının üzvüdür: «Türklərin yaşadığı bölgələrin probleminin həlli istiqamətində strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, ölkədə müvazinətli inkişafı təmin etmək, eləcə də milli birliyin gücləndirilməsi və inkişafı, fraksiyanın əsas hədəflərindən sayılır».
Qeyd edək ki, Türkdilli Deputatlar Fraksiyasının yaranması, ölkədə bir sıra aşırı paniranist cərəyanların və millətçi fars ziyalılarının nigaranlığına səbəb olub. Onlar tez-tez müxtəlif bəhanələrlə bu fraksiyanın əleyhinə çıxış edir, bəyanatlar səsləndirirlər.