
Yasamalda silahlı insident
2 nəfər yaralandı
2 nəfər yaralandı
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
FBI şübhəli şəxsin videolarını yayımladı, barmaq izi və başqa dəlillər var
ABŞ-lı milyarder Mask Tramp tərəfdarı aktivist Kirkin ölümü ilə bağlı Demokratları hədəfə aldı
Kirkin qatilinin yüksək keyfiyyətli görüntüsü əldə edilib
Yutada öldürülən konservativ aktivist Çarli Kirk haqqında bilinməyənlər
Tramp aktivistin qətlini ABŞ-da qara gün kimi adlandırıb
Dostu Çarli Kirkin qətlə yetirilməsindən əsəbiləşən Tramp intiqam vəd etdi
Qatı Tramp tərəfdarı Çarli Kirk silahlı hücuma məruz qaldı
Ukraynalı qadın miqrant cinayəti ABŞ ictimaiyyətinin diqqət mərkəzindədir
Fransada sosial şəbəkə üçün video çəkən qadın güllələndi
Türkiyə əsilli iş adamı Berlində qətlə yetirilib
Babasından qalma tapançanı ABŞ-a aparmaq istəyib
Göldən 19 cəsəd çıxarılıb
Tunisli qonşusunu öldürdü, türk gənc yaraladı
Çoxlu sayda ölü və yaralı
Şirvanda iki nəfərin qətlində şübhəli bilinən daha bir nəfər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları birgə tədbirlər nəticəsində 2015-ci il noyabrın 5-də Şirvan şəhər sakinləri Elvin Nəciyevin və Zaur Sarıbalayevin qətli ilə əlaqədar hadisədə iştirak etməkdə şübhəli bilinən digər şəxs - Hacıqabul rayon sakini Məhəmməd Heydərov saxlanılıb.
Onun evinə baxış zamanı 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.
Qeyd edək ki, noyabrın 5-də Şirvan şəhəri, Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan açılan atəşlə qətlə yetirilib.
İstintaqın gedişində məlum olub ki, qeyd edilən kafedə Elvin Nəciyev «Makarov» tipli tapançadan Zaur Sarıbalayevə ürək nahiyəsindən atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Ağami Əli isə «Makarov» tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Ürəyindən güllə yarası alan E.Nəciyev Şirvan şəhər Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Hadisə yerində 3 ədəd tapança gilizi və 1 ədəd patron aşkar edilib. Ağami Əlinin qətldə istifadə etdiyi «Makarov» tipli tapança 2 gün sonra Şirvan şəhər Xəstəxanasının ərazisində tapılıb.
Hadisədən dərhal sonra iki nəfər şübhəli şəxs qismində tutulub. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Ağami Əli Rasim oğlu 4 ay və 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu barəsində isə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.