
Kilsə tarixində ən yüksək məbləğ
Cinsi təcavüz qurbanlarına milyonlarla dollar təzminat ödənəcək
Cinsi təcavüz qurbanlarına milyonlarla dollar təzminat ödənəcək
Keşişin “məscidə çevirəcəklər” iddiası sosial mediada çaşqınlıq yaradıb
Avstriyalı 38 yaşlı keşiş narkotik istehsalına görə həbs olunub
Dövlət rəsmilərinin Qurban bayramı münasibətilə təbrikləri
Prezidentdən Qurban bayramı təbriki
İnsanlıq, vəzifədə olmaqla, “Lexus” sürməklə olmur...
Ukrayna kilsələri müstəqil oldu
Danimarkalı filosofun Qurban haqda düşüncələri
Qurbanlığın necə paylanması göstərişində hansı yanlışlıq var?
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Əldə olunan məvacib xadimələrin əməhaqqına əlavə olunacaq
Son qırx ildə Londonun ilk anqlikan kilsəsi tikilib
Müqəddəs kitablarda müəyyən suallara cavab verilir, amma minlərlə cavab olmayanlar da var
Buna deyərlər, Allah evlərini döyüşdürmək
İngilislərin 60 faizinin əli «İncil»ə, 36 faizinin isə ayağı kilsəyə dəyməyib
Quranda «Biz onu böyük bir xətadan xilas etdik» deyilir
Xalq artisti Brilliant Dadaşova dinini dəyişməsi ilə bağlı mediada yer alan xəbərlərə münasibət bildirib.
Lent.az-ın məlumatına görə, xalq artistinin yaydığı açıqlamada bildirilir: «Hörmətli media nümayəndələri! İsa peyğəmbərə məhəbbəti mənə Müqəddəs Qurani-Kərimi əzbər bilən rəhmətlik nənəm öyrədib. Mən Allahın bir olduğuna inanıram və hər zaman 7 yanvarda, İsa peyğəmbərin doğum günü kilsəni ziyarət edirəm. Biz multikulturalist ölkəyik və insanları dini mənsubiyyətinə görə heç vaxt bir-birindən fərqləndirməmişik. Mənim üçün müxtəlif mədəniyyətlər hər zaman maraq kəsb edib və fəxr edirəm ki, ölkəmizdə bütün dinlərə və mədəniyyətlərə dərin hörmət var. Əgər qastrol səfərlərində müsəlman ölkəsindəyəmsə, məscidlərə, xristian ölkəsindəyəmsə, kilsələrə getmişəm, İsraildə olarkən sinaqoqa da getməyi unutmamışam və hətta Hindistanda olarkən hind dini məbədlərini ziyarət etmişəm. Eləcə də pasxa və milad bayramında kilsələrdə oluram. Kilsədə xorla dua etmə mərasimini zövqlə dinləyirəm. Təbii ki, hər zaman Qurban və Ramazan bayramlarımızda da məscidləri ziyarət edirəm. Çox təəssüf edirəm ki, bunu siz indi bilmisiniz. Diqqətiniz üçün minnətdaram!»
Qeyd edək ki, bu günlərdə xalq artisti Brilliant Dadaşovanın paytaxtın mərkəzində yerləşən kilsələrin birində ictimai xadimlərin, KİV nümayəndələrinin də qatıldığı milad bayramı münasibəti ilə düzənlənən mərasimdə iştirak edib. Bundan sonra mediada onun dinini dəyişməsi ilə bağlı məlumatlar yayılıb.