Mis istehsalında axsamalar
BofA əlvan metalın qiyməti ilə bağlı proqnozunu artırdı – yeni hədəflər
16:37 | 14 yanvar 2017 | Şənbə
Məqaləyə 3202 dəfə baxılıb
Şriftin ölçüsü
BofA əlvan metalın qiyməti ilə bağlı proqnozunu artırdı – yeni hədəflər
Qiymətli metal rekord təzələdi
Qiymətli metal zirvənin ətrafında ticarət olunur
Mis bahalaşıb, digərləri ucuzlaşıb
Növbədə inflyasiya məlumatları var
Qiymətlər FED faiz endirim gözləntiləri ilə tarixi zirvəyə yaxındır
Londonda bahalaşan mis qiymətləri Şanxayda ucuzlaşdı
Çində təmizlənmiş əlvan metal istehsalının azalması qiymətlərə təsir etdi
Gümüş isə onu da geridə qoydu
Qiymət 10 min dollara yaxınlaşdı
London Metal Birjasında əlvan metalların qiymətləri bərq vurur
Qızıl isə avqustu qazancla bağlamağa yaxındır
Mədən qəzası dəmiri kəskin bahalaşdırıb
“Ağ metal”ı strateji yüksəlişə gətirən səbəblər – tədarük riski, ETF axınları və ABŞ-Çin gərginliyi
ABŞ-ın mis vergisində geri addım ata biləcəyi ehtimal edilir ...
Qurğuşun bahalaşıb, alüminium gözləyir
Bakıda daha bir intihar hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, Şeyx Şamil küçəsi ev 8, mənzil 6 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Cavadov Şakir Ənvər oğlu Salyan şossesi, 32 ünvanında Veloparkın ərazisində intihar edib.
Bildirilir ki, Ş.Cavadov 1 ay əvvələdək Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 144 saylı MKİS-in rəisi işləyib. 1 ay əvvəl isə o, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyində digər vəzifəyə keçirilib.
Onun müxtəlif şəxslərə külli miqdarda borcunun olduğu bildirilirdi.
«JEK» rəisi Ş.Cavadovun həm keçmiş, həm də sonuncu iş yerində intiharın şəxsi problemlər səbəbindən baş verdiyini bildirirlər.
144 saylı MİS-dən virtualaz.org-a verilən məlumata görə, işdə hər hansı probleminin olduğunu hiss etdirməyib: «Bizim rəisimiz olub, bizə qarşı pis adam olmayıb. 3-4 ay idi işini dəyişmişdilər, 3 saylı MİS-ə rəis təyin olunmuşdu. Nəsə şəxsi problemləri var idi, nədən ibarət olduğunu biz bilmirik».
Ş.Cavadovun sonuncu iş yeri olan 3 saylı MİS-dən də onun işdə heç bir problem olmadığını bildirdilər.
«İşdə heç bir problem yox idi, çox mehriban, sadə, başıaşağı adam idi. Ailəsi, uşaqları var, amma problemlərinin olmasından xəbərimiz olmayıb. Deyirlər, çoxlu borcu olub, biz də eşidəndə çox pis olduq», - deyə MİS-dən bildirdilər.