Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
09:54 | 21 fevral 2017 | Çərşənbə axşamı
Məqaləyə 2920 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Separatçı Abxaziya, Cənubi Osetiya (Gürcüstan) və Dnestr (Moldova) bölgələrində yaşayanlar rahat şəkildə Rusiya pasportları ala bilirlər. Bu o deməkdir ki, gələcəkdə Gürcüstanın və ya Moldovanın hərb yoluyla bu bölgələri geri qaytarması problematikdir. Çünki, Kreml bu bölgələrdə yaşayan vətəndaşlarının ölümünə seyrçi qalmayacaq, onları qorumalıdır. Rusiya prezidenti Vladimir Putin fərman verərək, separatçı Donetskdə və Luqanskda yaşayanların «yerli» pasportlarını da tanıdı, halbuki oradakı insanlara da Rusiya pasportları dağıda bilərdi. Sadəcə, Ukraynanın şərqində hələ müharibə gedir, həmin bölgənin separatçıları ciblərində Rusiya pasportları ilə döyüşlərdə həlak olsalar, Moskva istər-istəməz öz vətəndaşlarını qorumaq üçün Ukrayna ilə müharibəyə başlamaq məcburiyyətində qalacaq. Ona görə də Putin hələ ki, Ukraynadakı separatçılara Rusiya pasportları dağıtmağa tələsmir. Ancaq həmin gün uzaqda deyil.
Bəs Kreml Dağlıq Qarabağdakı ermənilərə də Rusiya pasportları paylaya bilərmi? Bu Ermənistan hakimiyyətinin çoxdankı arzusudur. Moskva hələ ki, buna getmir. Ancaq bu Kremlin Azərbaycana hörmət və izzətindən irəli gəlmir. Sadəcə, münasibətlərdə ciddi suallara rəğmən, Rusiya Azərbaycanla tərəfdaşlıq münasibətlərinə xələl gətirmək istəmir. Ancaq əgər rəsmi Bakı xarici siyasətdə Gürcüstan və Ukrayna kimi Qərbin xeyrinə korrektələr etsə və ya işğal altındakı torpaqları geri qaytarmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayarsa, bu halda Kremldən təxribat gözləmək mümkündür. Bu o deməkdirmi ki, biz hər addımımızda Rusiya amilini nəzərə almalıyıq. Bunun da uğurlu yol olduğunu düşünmürəm. Onda gərək işğal altındakı torpaqları geri qaytarmaq haqqında düşünməyək və müharibənin ömrü də keçən il olduğu kimi cəmi 4 gün çəksin. Biz daima «Rusiya amilini» nəzərə almaqdansa, qoy Rusiya «Azərbaycan amilini» nəzərə alsın.