
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Güney Azərbaycanın Zəncan şəhərində iqtisadi tənəzzül nəticəsində bazarda yaranan durğunluq ayda iki qızıl mağazasının bağlanmasına səbəb olur. İran mətbuatının yaydığı məlumata görə, bu sözləri Zəncan Zərgərlər Birliyinin rəisi Məhəmməd Səfayi bildirib.
«Hazırda Zəncanda 250 qızıl mağazası mövcuddur. Mağazaların sayının az olmasına baxmayaraq qızılın satış həcmi olduqca aşağıdır. Xüsusi ilə belə satış səviyyəsi Novruz Bayramı ərəfəsində qəbuledilməzdir. Satış problemi ucbatından Zəncanda ayda iki qızıl mağazası bağlanır», deyə o qeyd edib.
Zəncan Zərgərlər Birliyinin rəisi əlavə edib ki, vergi dərəcəsinin yüksək və satış səviyyəsinin aşağı olması qızıl mağazalarının əsas problemidir. «Son aylarda Zəncanda qızıl mağazalarının sayında artım olmayıb, əksinə onların sayı getdikcə azalır», deyə Məhəmməd Səfayi bildirib.
Ötən aylarda Zəncanın qızıl bazarı vergi dərəcəsi ilə satış səviyyəsinin uyğun olmadığına etiraz olaraq 10 gün fəaliyyətini dayandırmışdır. Dövlətin əlavə dəyər vergisi dərəcəsinin artırılmasını özlərinə qarşı böyük zülm hesab edən mağaza sahibləri buna kütləvi şəkildə etiraz etmişdilər.