
Güney Azərbaycan – türkün savaş meydanı
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Şərqi Azərbaycan Məktəblərin Təchizi və Yenidənqurma İşləri Qurumunun rəisi təmsil etdiyi qurumun maliyyə problemlərindən danışıb.
«Cari ildə Şərqi Azərbaycanın məktəb binaları üçün 330 milyard rial pul ayrılıb, lakin bu məbləğin yalnız 10 faizi, daha dəqiq desək 32 milyard rial təhvil verilib. Bu məsələ Məktəblərin Təchizi və Yenidənqurma İşləri Qurumunu ağır vəziyyətdə qoyub, hazırda podratçılara (peymankar) 170 milyard rial borcumuz var», - deyə Məhəmmədrza Eydi Binab Şəhər Təhsil Şöbəsi Şurasının keçirdiyi iclasda bildirib.
Binabda məktəblərin tikilməsi və təmir edilməsində xeyriyyəçilərin böyük rol oynadığını qeyd edən M.Eydi əlavə edib ki, hazırda Binabda 17 məktəbdə yenidənqurma işləri gedir, bu işlərin əksəriyyəti xeyriyyəçi insanların vəsaiti hesabına həyata keçirilir. «Dövlətin ayırdığı büdcə vəsaiti az olduğundan xeyriyyəçi insanlara çox ehtiyac var, əks halda məktəb binalarının təmir edilməsi üçün uzun zaman gözləməli olacağıq», - deyə o vurğulayıb.
Xatırladaq ki, Güney Azərbaycanın bütün vilayətlərində təhsil ocaqları binalarının köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.