
Təlxək Rusopulos niyə yalan danışır?
Yaxud Avropa Şurasında qorxu və ikiüzlülük
Yaxud Avropa Şurasında qorxu və ikiüzlülük
Lavrovun siyahısındakı “xidmətlər” hansılardır?
Qovluğunda Suriya və Ukraynanı aparan Lavrov, qoltuğunda nə gətirəcək?
Hakan Fidan Rusiya XİN rəhbərinə Türkiyənin prioritetlərini çatdıracaq
Lavrov: “Rute səlahiyyətlərini aşır, qüdrətli dövlətin başçısı kimi çıxış edir”
Rusiyaya öz üslubunda “tələ” qurublar
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
“Minsk Qrupu artıq işləmir”
Sergey Lavrov geyimi ilə narkomaniyanı təbliğ edir?
Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır
Rusiya XİN rəhbəri erməni həmkarı ilə delimitasiyanı müzakirə edib
Ermənilərin sözü Rusiyada dövlət rəsmilərinin imzalarından daha çox kəsərliymiş
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
Rusiya baş diplomatının qovluğunda gizlətdiyi sənədlərin məzmunu
Nüvə sazişi və enerji məsələləri müzakirə olunacaq
Ermənistan-Azərbaycan Sülh Platforması dövlət rəsmilərini çıxışlarında müharibə çağırışlarına son qoymağa çağırıb. Sülh Platformasının mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bəyanatda qeyd edilir ki, Ermənistan prezidenti Serj Sarkisyanın bu günlərdə «Frans-Press» Agentliyinə (AFP) açıqlamasında əksini tapan müharibə ritorikası Cənubi Qafqaz regionunda yenidən sabitliyin və təhlükəsizliyin pozulmasına əsaslı zəmin yarada bilər.
Sülh Platforması hesab edir ki, dövlət rəhbəri səviyyəsində belə bəyanatın verilməsi Ermənistanın danışıqlar prosesində maraqlı olmadığını bir daha ortaya qoyur: «Biz Ermənistan-Azərbaycan Sülh Platforması olaraq dövlət başçılarının müharibə bəyanatı verməsini qəbuledilməz sayırıq və bilirik ki, belə hallar məqsədindən asılı olmayaraq insanlarda düşmənçilik və nifrət hisslərinin artmasına səbəb olur. Bu da öz növbəsində sülh prosesinə ciddi təhlükə yaradır.
Hesab edirik ki, dövlət rəhbərlərinin münaqişənin həlli ilə bağlı çıxışları ciddi və konkret məsələlər üzrə aparılmalı olan danışıqların konstruktivlik aurasını qorumalıdır.
Eyni zamanda Rusiyada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşü zamanı danışıqların dayandırılması səbəbləri haqqında səsləndirdiyi fikir bizdə çox ciddi narahatçılıq yaradır. Çünki sülh danışıqlarına ara verilən zaman silahların səsi daha gur eşidilir. Bu isə bütün region üçün böyük təhlükə və humanitar böhran deməkdir. Baş verə biləcək müharibə insan itkiləri ilə müşahidə olunan böyük faciələrə gətirib çıxarır ki, bu da münaqişənin həllini daha da çətinləşdirərək gələcək birgə yaşayış imkanlarını sıfıra endirir.
Ermənistan-Azərbaycan Sülh Platforması olaraq yuxarıda qeyd olunan səbəbləri əsas götürərək dövlət başçılarını və rəsmilərini hərbi ritorikaya son qoymağa, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçi rolunu oynayan ATƏT-in Minsk Qrupu həmsədrlərini danışıqların bərpa olunması üçün səylərin artırılmasına səsləyirik.
Həmçinin, ATƏT-in Minsk Qrupunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qoşunların təmas xəttində yarana biləcək istənilən hərbi eskalasiyanın qarşısını almaq məqsədi ilə əvvəlcədən mandatlarına uyğun olaraq qabaqlayıcı tədbirlər həyata keçirməyə çağırırıq».