
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Xəbər verdiyimiz kimi ötən gün İranın Şərqi Azərbaycan əyalətində güclü yağış nəticəsində sel baş verib. Təbii fəlakət əsasən Əcəbşir şəhərində ciddi fəsadlara yol açıb.
Rəsmi məlumata görə bir qadın və iki kişi olmaqla 3 nəfər ölüb, 12 nəfər isə itkin düşüb. Lakin sosial şəbəkələrdə yayılan məlumatlarda 12 nəfərin öldüyü, 40 nəfərin itkin düşdüyü bildirilir. Azərşəhrdə isə 7 avtomobil sel-daşqın sularının altında qalıb, hazırda itkin düşən avtomobilllərin sərnişinləri axtarılır. Təbii fəlakət Marağa, Binab, Sarab Təbriz şəhərlərində də baş verib, lakin ən çox Əcəbşir və Azərşəhr şəhərlərinə ziyan dəyib.
GunazTV-nin məlumatına əsasən Azərşəhr İcra Hakimiyəti başçısı Allahyari baş verən təbii fəlakətdən danışarkən qeyd edib ki, Azərşəhr, Qoqan, Mamaqan, Teymurlu və ətraf kəndlər daşqın sularının mühasirəsindədir:
«Sel Azərşəhrin Qələzar məntəqəsində bir neçə avtomobili aparıb. Ölənlər barəsində hələlik dəqiq məlumat yoxdur. Xilasedici qruplar isə təbii fəlakət bölgəsinin bütün yerlərinə göndərilib».
Şərqi Azərbaycan Yol Polisi İdarəsinin rəisi polkovnik Cavad Namvəran isə Azərşəhr-Əcəbşir yolunda yerləşən «Qazi cahan» körpüsünün hələlik bağlandığını elan edib və bildirib ki, bölgədə təhlükə ehtimalı var, daşqın təkrar baş bilər. Ona görə də «Qazi cahan» körpüsü növbəti xəbərdarlığa qədər bağlı qalacaq».