
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Güney Azərbaycanın Miyana şəhərinin İran parlamentindəki millət vəkili Yaqub Şeyvyari Azərbaycanın gərgin iqtisadi vəziyyət və işsizlik problemindən danışıb. Bu barədə «Fars» xəbər agentliyi məlumat yayıb.
«Miyana İcra Hakimiyyəti (Fərmandari) xüsusi statusa malik olmasına rəğmən bu bölgədə işsizlik problemi olduqca ciddidir və əhalinin narazılığına səbəb olur. Halbuki, Miyananın böyük iqtisadi potensialı var. Bölgədə yeraltı mədənlər, məhsuldar torpaq, su qaynaqları, böyük və kiçik su bəndləri və s. kimi iqtisadi potensial mövcuddur, lakin bölgəyə iş adamları və yatırımçılar cəlb olunmayıb. Bu məsələ öz həllini tapmalıdır»- deyə millət vəkili bildirib.
O «Germi Çay» və «Şəhriyar» su bəndlərində uzun müddətdir tikinti işlərinin yekunlaşmamasına da öz etirazını bildirib.
«Yol və Şəhərsalma Nazirliyi Qoşaçay-Miyana-Fumən yolunun təmiri ilə bağlı ciddi işlər görməlidir. Ona görə ki, bu yolda hər gün yol qəzası baş verir və insanlar həlak olur»- deyə Yaqub Şeyvyari əlavə edib.