
Güney Azərbaycan – türkün savaş meydanı
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Tehran və Qum universitetlərinin türk tələbələri erməni lobbisinin uydurma soyqırım bəhanəsi ilə aprelin 24-də Tehranda keçirdiyi aksiyaya etiraz ediblər.
Məlumata görə, Türk Öyrənciləri İslami Əncümən (dərnək) üzvləri hökumətin ermənilərin Türkiyə səfirliyi qarşısında keçirdikləri aksiyaya icazə verməsi və azərbaycanlı fəal Əzimi Qədimin qanunsuz olaraq zindanda saxlanılmasını məhkum edən bəyanat yayıblar.
«Biz Tehran və Qum universitetinin türk tələbələri, son günlərdə İran dövlətinin ermənilərə müsəlman türk millətinə qarşı aksiya keçirməsi üçün icazə verməsini kəskin şəkildə qanayırıq və bunu islam inqilabının yüksək ideyalarına zidd olduğunu düşünürük. 1992-ci ildə Dağlıq Qarabağda və ötən əsrin əvvəllərində Urmiyada radikal ermənilər Rusiyanın yardımı ilə məzlum azərbaycanlıları qətliam etdilər. Biz islamdan danışırıq, Fələstin, İraq və Suriyaya yardım edirik. Lakin söhbət Azərbaycan şiələri və Dağlıq Qarabağdan gedəndə hamı susur! Həsən Ruhani və bundan öncəki hakimiyyəti təmsil edənlərin yanlış və irqçi siyasəti artıq azərbaycanlıların islami ideyalara baxışını dəyişib. İran Teleradio şirkətinin də ermənilərə dəstək verməsi bizi hiddətləndirir və gələcəklə bağlı nigaranlıq doğurur. Biz türk tələbələr belə siyasətləri məhkum edərək elan edirik ki, islam torpağı olan Azərbaycanı müdafiə etməyə hazırıq. Dağlıq Qarabağ Fələstin, İraq və Suriyadan da önəmlidir»- deyə bəyanatın bir hissəsində qeyd olunub.
Bəyanatda həmçinin hazırda Tehranın Evin zindanında aylardır müvəqqəti saxlanılan azərbaycanlı milli-mədəni fəal, din xadimi Əzimi Qədimin azadlığa buraxılması da tələb olunub. «İran dövləti bilməlidir ki, Höccətül-İslam Əzimi Qədim islam torpağını müdafiə edib, onu həbs etmək islam torpağı ilə düşmənçilik etmək deməkdir. Biz azərbaycanlı mübariz ruhaninin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir, onu və işğalçı Ermənistana qarşı mübarizə aparan istənilən qrup və ya hərəkatı dəstəkləyirik», - deyə bəyanatda qeyd olunub.