
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Tehranda yaşayan türklər Şəhər Şurası Seçkilərində «Birlik səsi» adlı koalisiya yaradıblar. Koalisiya yaradan türklər bəyanat yayaraq Tehran seçkilərində 6 namizədə dəstək verəcəklərini açıqlayıblar.
Bəyanatda bildirilir ki, Tehran bizim şəhərimiz və evimizdir. Burada müxtəlif qövmlər yaşadığı üçün onu kiçik bir İran da adlandırmaq olar, lakin bu şəhərdə müxtəlif qövmlərin kimliyi o qədər də əks olunmur. Biz türk mədəniyyəti və kimliyinin qorunması uğrunda fəaliyyət aparan ictimai-mədəni icmalarla məsləhətləşdikdən sonra aşağıda qeyd olunan tələbləri irəli sürərək məsuliyyətli və bacarıqlı namizədləri dəstəkləməyə qərar verdik.
«Tehranda bəzi mədəniyyət evləri qövmlərə aid mərasimlər üçün istifadəyə verilsin, Mirzə Həsən Rüşdiyyə, Doktor Cavad Heyət, Tacmah Afaquddolə və s. kimi Azərbaycanın tanınmış şəxsiyyətlərinin adları xiyaban və meydanlara verilsin, Azadlıq yolundan şəhid olanların məzarlarına diqqət yetirilsin və Milli Sərdar Səttarxan və Şeyx Məhəmməd Xiyabanının xatirəsinə onlara layiq abidə qoyulsun, Tehranda yaşayan qövmlərin kimliyinin gücləndirilməsi istiqamətində onların yaşadığı məntəqələrdə türk nişan və adlarından daha çox istifadə olunsun, , azərbaycanlıların sayı Tehranda olduqca çox olduğundan Mədəniyyət Evlərinin birinə «Azərbaycan» adı verilsin, Mədəniyyət və kimlik çeşitliliyini nəzərə alaraq Tehranın müxtəlif məntəqələrində yerli Şura və Bələdiyyə İdarələrinin səlahiyyəti artırılsın, Kolisiyanın Tehran əhalisi, xüsusi ilə də azərbaycanlıların müraciəti üçün birgə ofisi yaradılsın» tələbləri Bəyanatda qeyd olunub.
«Birlik səsi» koalisiyasının dəstəklədiyi namzədlər bunlardır: Mühəndis Əli Məhəmmədi Qəribani, Doktor Əhməd Həkimipur, Xanım Şəhrbanı Əmani, Doktor Babək Neqahdar və Höccətul-İslam Əbdul Moqim Nasehi.