
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İran prezidenti Həsən Ruhani növbəti prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Güney Azərbaycanın Zəncan şəhərinə səfər edib, o Azərbaycanın digər şəhərləri kimi bu şəhərdə də milli şüarlarla qarşılaşıb.
Məlumata görə, mayın 16-da H.Ruhani Zəncanda keçirilən təbliğat mitinqində çıxış edərkən əhali gur səslə «Azərbaycan var olsun – İstəməyən kor olsun», «Türk dilində mədrəsə - Olmalıdır hər kəsə», «Haray haray məm türkəm» və s. kimi şüarlar səsləndiriblər. Mitinqə qatılan soydaşlarımızın bir çoxu türklərə qarşı ayrı-seçkilik siyasətinə son qoyulması, türk dilinin rəsmi olması və ana dildə təhsil tələb edən plakatlar qaldırıblar. Mitinq zamanı Ruhaniyə 4 il öncə verdiyi vədlərin yerinə yetirilmədiyi üçün kəskin etiraz edilib.
Mitinq təşkilatçıları Təbriz və Urmiyədə olduğu kimi əhalidən «Ya Hüseyn, Mir Hüseyn» şüarının səsləndirilməsini istəyiblər, lakin yenə də soydaşlarımız tələb olunan şüarla deyil, Azərbaycana qarşı ayrı-seçkiliyi pisləyən şüarlarla çıxış ediblər.