

Bilirsiniz niyə şərab şüşələri 750 ml-dir?
Alkoqol və tütün məhsullarının idxalı qanunu dəyişir - 2 dəfə azaldıldı
Azərbaycan şərabının əsas idxalçısı Rusiyadır
Nazirlər Kabinetinin yeni qərarına əsasən ...
Ruslar İngiltərə azarkeşlərinə hər oyundan əvvəl yalnız bir parç pivə verilməsini istəyirlər
Son 15 il ərzində rakı 665 faiz, pivə isə 580 faiz bahalaşıb
Xaricdən gələn üzümlərə aldanmayın
Bakıdakı məşhur pivə zavodunun direktoru: «Pivə istehsalatında inqrediyentdən istifadə olunur»
Hər gün yarım qədəh çaxır sinə xərçəngi riskini artırır
Qaçaqmalçılığın şərəfsizliyi...
Ötən əsrdə rus gəncliyinin içkisi - Ağdamın əfsanəvi şərabı
Spirtli içki qəbul edənlərin statistikasında
Pivə içənlər, diqqətli olun!
İngilislər tünd, Fransa və Almaniya yerli, Putin və əlaltıları xarici istehsallı içkiləri xoşlayır
Azərbaycan beynəlxalq təşkilata üzv olub
Alkoqollu içkilərin müxtəlif növləri bizim əhval-ruhiyyəmizə tamamilə fərqli təsir göstərir, alimlər müəyyən edib. Belə ki, sərt içkilər aqressiya, göz yaşları və seksual cəzb hisslərini oyada bilər. Pivə ilə qırmızı şərab isə insanı rahatlaşdırır.
«BMJ Open» elmi dərgisində dərc olunmuş müvafiq araşdırma 18-34 yaşlarında 21 ölkəni təmsil edən 30 min respondentin sorğusuna əsaslanır.
Pivə, şərab və sərt spirtli içki içənlər onların müxtəlif təsirə malik olduğunu etiraf ediblər.
Az həcmdə alkoqol vaxtı xoş keçirməyə kömək edə bilər. Lakin alimlər diqqəti spirtli içkilərə aludəçiliyin təhlükəsinə yönəltmək istəyirlər.
Vaxt keçdikcə içkiyə alışan insanlar onun doğurduğu pozitiv emosiyaları təkrar yaşamaq üçün içkinin həcmlərini tədricən artırmağa meyl göstərə bilər.
Araşdırmanın nəticələrini şərh edən Uels səhiyyə xidmətinin nümayəndəsi hesab edir ki, tədqiqat əhval-ruhiyyənin dəyişməsini qeyd edir.
Mark Bellisin (Marc Bellis) sözlərinə görə, alkoqolun hansı şəraitdə içilməsinin də əhəmiyyəti var.
«Gənc adamlar adətən öz evlərindəki qonaqlıq və ziyafətdə şəraba üstünlük verir, sərt içkilər isə evdən kənarda içilir».
Səhiyyə rəsmisinin sözlərinə görə, alkoqollu içkilərin müxtəlif növləri fərqli şəkildə reklam olunur və insanların seçimi də buna əsaslanır. Hərçənd ki, insanlar gözlədiyi təsirdən fərqlənən nəticə ala bilər.
«İnsanlar bəzən içkini özünə əminliyi artırmaq və daha rahat hiss etmək üçün içir. Amma içki onların gözlədiyindən fərqli təsir də verə bilər».
Tədqiqat insanların müəyyən spirtli içkiyə niyə üstünlük verdiyini və həmin içkidən hansı təsirin gözlənildiyini izah edir, «Drinkaware» təşkilatından Con Larsen (John Larsen) bildirir.
Londondakı «King's College» Universitetinin alimlərinə əsasən alkoqola aludə olanlar arasında içkinin müsbət emosional təsiri ilə bağlı gözləntilər daha çox yayılıb.