

Daha bir səs-küylü həbsin təfərrüatları
Biləsuvarın icra başçısı və müavinləri saxlanıldı
Sayt rəhbəri casusluqda günahlandırlır
DTX baş redaktorun şantaj etdiyi şəxslərin adlarını açıqladı
Hərbi xidmətə yollanan Heydər Əliyev Azərbaycana sədaqət andı içdi
DTX qaçaqmalçını yaxaladı, bacısını girovluqdan qurtardı
Baş Prokurorluq Xırdalandakı atışma barədə bəyanat yaydı
Şayiələr və reallıq: Yenə də şadlıq evləri…
Bakıda inanılmaz terror planının üstü açıldı - deputatları qırmaq istəyiblər; DTX-nin üzə çıxardığı tükürpədici təfərrüatlar
Haker Danila Dorin Azərbaycan bankından 3.7 milyon manat oğurlayıb
DTX 6 nəfərdən ibarət dəstəni həbs edib
Güc strukturları əməliyyat keçirdi
Azər Abbasov rekeçilikdə təqsirləndirilir
Mədət Quliyev Azərbaycanda əcnəbi casuslar barədə
Mədət Quliyevin casuslarla bağlı açıqlamasının pərdəarxası
DTX rəisi: «Bunun özü artıq bizim üçün qələbədir»
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam edən əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət «Xaçmaz camaatı» adı altında yaradılmış dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilib.
Qurumdan «Trend»ə verilən məlumata görə, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3 (terrorçuluğa hazırlıq), 218.2 (cinayət birlikdə iştirak etmə) maddələri ilə başlanılan cinayət işi üzrə təxirəsalınmaz kompleks əməliyyat tədbirləri keçirilib.
06 mart 2018-ci il tarixdə cinayətkar birliyin üzvlərindən - Məmmədov Sabir Ərulla oğlu və Səlimov Tərlan Səfər oğlunun Xaçmaz rayonu ərazisində tərksilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncular təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstərib. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə S.Məmmədov və T.Səlimov məhv edilib.
Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Commentics
Sorry, there is a database problem.
Please check back shortly. Thanks.