Xameneyi ölmədən məzara qoyulur
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
            					
            	
                11:48 | 17 may 2022 | Çərşənbə axşamı
                Məqaləyə 876 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
                                Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
                                Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
                                Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
                                “Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
                                Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
                                Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
                                İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
                                Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
                                Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
                                Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
                                Urmiya gölünün tamamilə qurumasının fəsadları
                                “Ocaq”ın yeni mənası
                                Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
                                Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
                                Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Şərqi Azərbaycan vilayəti Vərziqan şəhərinin millət vəkili Allahverdi Dehqaninin sözlərinə görə, İran Milli Mis Sənayesi Şirkəti İran Azərbaycanındakı Süngün mədəninin çıxarıla bilən mis miqdarı haqqında səhv statistika verir.
Şərqi Azərbaycanın Vərziqan şəhərində yerləşən Süngün mis mədəni İranın ən önəmli mədənlərindən biri hesab edilir.
Dehqani deyir ki, “bu bölgənin inkişafı üçün investisiya qoyuluşunu əngəlləmək və misi Kirman vilayətinə aparmaq məqsədilə Süngündən çıxarıla bilə mis miqdarı haqqında səhv statistika verirlər”.
Depotatın dediklərinə görə, “bu mədən sayəsində hər il Şərqi Azərbaycandan böyük bir kapital Kirman kimi vilayətlərə axır. Ancaq bu bölgənin öz inkişafı və məşğulluğu artırmaq üçün sərmayə yatırılmır. Bu səbəblə bölgəmizin artım və inkişafının yolu qapadılır”.
O, bu vəziyyətin Şərqi Azərbaycan vilayəti üçün kədərli və faciəvi olduğunu ifadə edib.
İran Azərbaycanında yerləşən qızıl, mis və digər qiymətli daş mədənlərinin gəliri son aylar ən çox müzakirə edilən mövzulardan biridir. Siyasi fəallar, habelə bəzi millət vəkilləri və yerli siyasətçilər bölgə əhalisinin bu mədənlərin gəlirindən yararlanmadığını önə çəkirlər.