
Fars-molla rejiminin böyük PUA yalanı
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Düşürsən yadıma, bombalar yağanda ...
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt diktatura idi
İran İsrailə qarşı savaşında niyə yaşayan Azərbaycan türklərini “canlı qalxan” kimi istifadə edir?
... Virtual dünyanın fenomen “şahı”
Güney Azərbaycan artıq yalnız bir arzu və ya romantik hədəf deyil
Türkiyə və Azərbaycan İran məsələsində eyni mövqedən çıxış etməlidir, amma ...
Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
Mirzə Rza Babinin gülləsindən Əbədi ziyalıların yalanlarına
Kəsdiyiniz qurbanlar, tutduğunuz arzular qəbul olunsun!
Fars-molla rejimi ideologiyasını qorumaq naminə sərvətimizi qəpik-quruşa Rusiya və Çinə satıb
Güney Azərbaycanının Zəncan vilayətində yerləşən Sultaniyyə günbəzi və ya Olcaytu Xudabəndə türbəsinin son illər ərzində çoxlu zədə aldığı bildirilir.
Yarı-rəsmi İSNA xəbər agentliyinin yayımladığı məlumata əsasən, Elxanlılar hökuməti dönəmindən qalan Sultaniyyə türbəsi dünya mədəni irs siyahısında qeyd ediləndən sonra binaya qarşı laqeydlik nəticəsində həmin tarixi abidəyə çoxlu ziyan dəyib. Binanın divarlarında və çatısında yaranan çatlar, bəzi insanların şüursuz rəftarları nəticəsində xarici divarlarında yaranan ziyanlar bu əhəmiyyətli və unikal tarixi abidəni pis vəziyyətə salıb.
İSNA-nın yayımladığı fotoreportajda 17 il öncə UNESCO-nun mədəni irs siyahısına salınmasına baxmayaraq, bu 20 ilə yaxın müddətdə heç bir ciddi təmir işinin aparılmadığı qeyd edilib. Binanın içində təmir üçün quraşdırılan tikinti iskeleləri uzun illər bu binada qalıb.
Həmin fotoreportajda ziyarətçilər ilə binanın tarixi divarları arasında hər hansı qoruyucu baryerin olmaması və istər istəməz toxunmaların nəticəsində binanın zədələnməsinə səbəb olur. Həmçinin divarlara elektrik kabelləri taxmaq üçün vurulan mıxlar binanın tarixi unikal dekorativ kərpiclərlərinə ziyan verib.
“İran” qəzeti “Sultaniyyə günbəzi UNESCO-nun təhlükə altında olan binalar siyahısına salınacaqmı?” başlığı ilə həmin tarixi abidəyə laqeydlik haqqında məqalə dərc edib.
Mayın 25-də dövlətin rəsmi xəbər agentliyi İRNA-nın yayımladığı xəbərə görə, Zəncan vilayətinin Mədəni İrs İdarəsinin rəhbəri ölkədə Mədəni İrs Həftəsinin son günündə Sultaniyyə günbəzinin cənub eyvanının birinci mərtəbəsində bərpa və təmir işlərinin başladığını bildirib.
Sultaniyyə türbəsi Elxanlı sülaləsinin 8-ci hökmdarı Sultan Məhəmməd Olcaytu xanın əmri ilə təxminən 700 il öncə tikilib.