

Azərbaycan sərhədçiləri İrandan narkotik qaçaqmalçılığının qarşısını alıb
Pambıqçıların zəhərlənməsinə görə ...
Ekspert səbəbləri göstərdi: “Təhlükəsizlik qaydalarına riayət edilmir”
Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkətindən açıqlama: “Nəticələri gözləyirik”
Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib
Yevlaxda pambıq sahəsində zəhərlənənlərin sayı 24-ə çatdı: 8-i uşaqdır
400 kq narkotiklə bağlı maraqlı təfərrüatlar ortaya çıxıb; Rusiya XİN-in məsələni ört-basdır etməkdə canfəşanlığı diqqəti cəlb edib
Prezidentin verdiyi müddət dekabrın 15-də bitir; pambıq yığımında bir neçə rayon geridə qalıb
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
Yevlax Mərkəzi Xəstəxanasının həkimləri Hippokrat andı içməyib?
Yevlaxda xəstəxana ağır xəstəni qəbul etmədi
İlham Əliyev: «Gəlir tam şəkildə ölkəmizə gəlməlidir»
Dutertenin nartotikə qarşı sərt mübarizə kampaniyası nəticəsində son altı ayda 6 min nəfər öldürülüb
Pivə içənlər, diqqətli olun!
Teplovozun mühərriki alışıb
«Zəhərlənmə halları artır»
Xaş-Xaş 2013" şərti adı altında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat planı həyata keçirilib. Uğurlu əməliyyat nəticəsində Yevlax rayonunun Xaldan qəsəbəsinin sakini, 1981-ci il təvəllüdlü Kərimoğlu Anar Şahin oğluna məxsus evin həyətyanı sahəsinin 3,5 metrlik hissəsində hər birinin hündürlüyü 40-50 sm olan, 6 kq 165 qramlıq 10 ədəd çətənə kolu aşkarlanaraq, maddi sübut kimi götürülüb.
Həmçinin Yevlax rayonunun Xanabad kəndinin sakini, 1951-ci il təvəllüdlü Mustafayev Mustafa Baloğlan oğluna məxsus 4,5 metr həyətyanı sahəsindən də, hər birinin uzunluğu 50-80 sm olan, 11 kq 565 qramlıq 30 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib. Əraziyə Narkotika və Narkomaniya üzrə Mübarizə Bölməsinin əməkdaşıarı və bir neçə aqronom cəlb olunub. Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Natiq Həsənovun sözlərinə görə, ilkin araşdırma zamanı məlum olub ki, narkotik tərkibli kollar şitillər şəklində əkilib və bu çətənə kollarına aqro-texniki qaydada qulluq edilib.