
Azərbaycan 40 milyonluq güneylinin də dövləti ...
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Düşürsən yadıma, bombalar yağanda ...
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt diktatura idi
İran İsrailə qarşı savaşında niyə yaşayan Azərbaycan türklərini “canlı qalxan” kimi istifadə edir?
... Virtual dünyanın fenomen “şahı”
Güney Azərbaycan artıq yalnız bir arzu və ya romantik hədəf deyil
Türkiyə və Azərbaycan İran məsələsində eyni mövqedən çıxış etməlidir, amma ...
Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
Mirzə Rza Babinin gülləsindən Əbədi ziyalıların yalanlarına
Kəsdiyiniz qurbanlar, tutduğunuz arzular qəbul olunsun!
Qərçək zindanında saxlanılan əslən Zəncan şəhərindən olan tanınmış hüquq müdafiəçisi, İran İnsan Haqları Birliyinin sədr müavini, siyasi məhbus Nərgiz Məhəmmədi zindanın təhlükəsizlik və mühafizə xidmətinin ona məxsus dərmanları müsadirə etdiyini deyib.
O, vacib olan ürək və ağciyər dərmanlarının müsadirə edilməsini hökumətin ona qarşı sui-qəsdi kimi qiymətləndirib.
“Ürək döyüntüləri və tənəffüs problemlərinə görə müayinə olunduqdan sonra həkim ürək və ağciyər üçün vacib dərmanlar yazıb və vaxtında istifadəsini tapşırmasına baxmayaraq, zindanın təhlükəsizlik və mühafizə xidməti onları mənə verməkdən imtina edir”, – deyə N.Məhəmmədi bildirib.
Güneyli hüquq müdafiəçisi, İran hökumətinin onu da Hoda Sabir və Abtin Bəktaş kimi aradan götürməyə çalışdığı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, zəncanlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbs cəzası və 70 şallaq zərbəsinə məhkum edilib.
Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətinə görə dəfələrlə həbsə salınıb.
Rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilib, təzyiqlərə məruz qalıb.