

“Urmiya gölünü canlandırma da ana dilində təhsil vədi kimi səs toplamaq üçün idi”
Rejissor Məhəmməd Əlimuradi Urmiya haqda adlı sənədli film çəkib
Kürd təşkilatları terrorçunu “siyasi” fəal kimi qələmə verir
Rejimdə Urmiya gölünü qorumağa dair siyasi iradə yoxdur
Fars-molla rejimi milli geyimə görə təzyiqlərə başlayıb
SEPAH etirazlar zamanı saxlanılanların bir çoxuna işgəncə verib
Müdafiə siyasətimiz bir an öncə ideoloji hücum siyasəti ilə əvəzlənməlidir
Çox zaman Azərbaycan əsilli təqdim edilən dini liderin Zəngəzurla bağlı paylaşımı etiraz doğurdu
Parfiya dövrünə aid qəbirlərin üzərində zavod tikirlər
Millət vəkili: “Nazirlər və səlahiyyətlilər Urmiya gölü barədə məlumat vermək istəmirlər”
Güneyli rejissor 6 il həbs cəzasına məhkum edilib
Fars-molla rejimi dünya şöhrətli kinorejissoru cəzalandırdı
Güneyli millət vəkili: “Azərbaycanlıların iki əsas istəyi var”
Urmiya gölünün quruması ilə bağlı etirazlarda xeyli aksiya iştirakçısı həbs edilib
Musa Aşüftə: “Problemin həlli üçün Tehranın Azərbaycan bölgəsinə baxışı dəyişməlidir”
Sakinlər Urmiya gölündə ekoloji durumla bağlı aksiya keçirib
İyunun 28-də ərdəbilli milli-mədəni fəallar şəhərin əksər bölgələrində illik Bəzz qalasında keçiriləcək Babək qurultayına çağırışla bağlı afişaları yayıb.
Afişalarda “Ata Babəkin doğum günü qutlu olsun”, “Ailə ilə birlikdə Bəzz qalasında olaq” ,”Görüşümüz 1 iyul 2022” yazılıb.
Eyni zamanda afişalarda “Qalasında Babəkin səs batmayıb, indi də var daima Babəklə bağlanan peyman səsi” məzmunlu şüarlar yazılıb və toplantı tarixi qeyd olunub.
Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş keçirilir.
Qurultay ərəfəsində bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.
Eyni zamanda müxtəlif şəhərlərdə Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilir.