Xammal ixracatçısından idxalçısına ...
Türkdilli ölkələrdə qarşılıqlı ticari dövriyyəni yüksəltməyə nə mane olur?
Eldəniz ƏMİROV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
TDT-nin qlobal dünyada yeri
Zəif inkişaf etmiş ölkələr güclülər üçün “beyin” yetişdirir
-
Mollalar öz quyusunu qazdı
İlham Əliyevdən Güney Azərbaycan mesajı
-
Səmərqənddə mədəniyyət mehi
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
-
TDT uğrunda böyük çəkişmə
“Turan”ın gizli müttəfiqi, İrana qarşı yeni cəbhə
-
Türk Fütüvvət təşkilatı – Əxilik
İlahi hikməti türk ədaləti yayanlar ...
-
Tərəfimiz bəllidir ...
... Yaxud balans getdi, Türkiyə gəldi
-
Dünyanın 7-ci iqtisadiyyatı
Türk dövlətləri yaxınlaşdıqca düşmənlər narahat olur
-
Ortaq əlifba
100 ildir gözlədiyimiz arzu
-
“Bir əlində İncil, digərində avtomat ...”
Şuşadan Eçmiədzinə çağırış: “Nifrət son qoyun”
-
50 faiz artım
Türk dövlətləri ilə ticarət dövriyyəsi yüksəlir
-
Əcdadlarımızın vəsiyyəti
“Ey ölümsüz türk milləti, titrə və özünə dön!”
-
Özbəkistanın ticarət dövriyyəsi 42 milyard dollardan çoxdur. Azərbaycanda isə bu rəqəm 34 milyard dollar çatır. Amma bu iki ölkənin ticari əlaqələri çox aşağı səviyyədədir. Birinin digərində xüsusi çəkisi heç 0,5 faizə də çatmır. Mövcud potensiallar və məsafə yaxınlığını nəzərə alsaq, bu payı ciddi artırmaq potensialı böyükdür. Məhz bu potensialı reallığa çevirmək üçün iki ölkə arasında əlaqələr daha da dərinləşməkdədir. Ölkə başçısı İlham Əliyevin qısa müddət ərzində növbəti dəfə Özbəkistana səfəri bu əlaqələrə iqtisadi faydasını da mütləq verəcəkdir.
Etiraf edək ki, ərazilərinə və aralarında olan isti münasibətlərə rəğmən bu gün Türk Dövlətləri arasında ticarı dövriyyə çox aşağı səviyyədir. Bunu bir sıra obyektiv və subyektiv səbəbləri vardır ki, bunlardan birincisi Türkiyə istisna olmaqla əksər türk dilli ölkələrin ixracında xammalın böyük xüsusi çəkisi vardır. Bu isə qarşılıqlı ticari dövriyyəni yüksəltməyə imkan vermir.
Yəni, tərəflərin hər birinin xammal alaraq ondan sənaye məhsulu istehsalı etməməsi, əksinə dünya bazarlarında xammal ixracatçısı kimi çıxış etməsi qarşılıqlı ticari dövriyyənin artmasına mane olan əsas faktordur. Digər bir məsələ ən böyük iqtisadiyyata malik Türkiyənin orta Asiyaya çıxışı üçün əlverişli loğistik xəttin olmamasıdır.
Düşünürəm ki, bir neçə məsələ öz həllini taparsa, türkdilli ölkələr arasında böyük ticari əlaqələr əldə edilə bilər. Bunlardan biri qarşılıqlı daha təkmil gömrük dəhlizinin yaradılması, birgə əlaqələri stimullaşdıran ciddi gömrük güzəştlərinin olması, ikincisi Türkiyənin orta Asiyaya çıxışını təmin edəcək Zəngəzur dəhlizinin reallaşmasıdır ki, bunlar iqtisadiyyatları bir-birinə ciddi inteqrasiya edə bilər.
Amma qarşılıqlı ticari əlaqələrin və iqtisadi münasibətlərin daha faydalı səviyyəyə çatması üçün ən vacib amil türkdilli ölkələrin heç olmasa bir neçəsinin xammal ixracatçısından xammal idxalçısına (sənaye ölkəsinə) çevrilməsidir.
Xammal idxalçısı olan sənaye ölkəsinə çevrilmək üçün zaman lazımdır. Amma digər iki məsələnin həlli nisbətən daha qısa zaman kəsiyindən mümkündür. Buna görə də dövlət başçıları arasında olan bu qəbildən olan görüşlər ticarətin asanlaşdırılmasında və liberallaşdırılmasında mühüm rol oynaya bilər ki, bu da ticarət həcmini daha da artırmağa fayda verə bilər.