Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:14 | 15 yanvar 2025 | Çərşənbə
Məqaləyə 811 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Azərbaycan – Türkiyə arasında hərbi-strateji anlaşma, Şuşa Bəyannaməsi ölkəmiz üçün güclü, dayanıqlı, ən vacibi, işlək bir təhlükəsizlik çətiridir.
Ermənistan rəsmi şəxsləri və ictimai fikir liderləri bu müqavilə ilə bağlı hay-küy salmışdılardılar ki, Şuşada imzalanan sənəd məhz Ermənistana qarşıdır. Mən bir neçə dəfə elə Ermənistanda yayımlanan TV kanallara müsahibələrimdə onlara başa salmağa çalışdım ki, özünüz haqqında çox yüksək fikirdəsiniz, bu müqavilə kiçicik Ermənistana qarşı deyil, sizə, Ordumuz bir kənara, elə Yol Polisimiz bəs edər. Şuşa Bəyannaməsi Azərbaycana daim Şimaldan və Cənubdan gələn təhdidləri yox etmək, Rusiya və İranı çəkindirmək üçün imzalanıb. Azərbaycan-Türkiyə strateji ittifaqı Cənubi Qafqazın əsas güc və təhlükəsizlik mənbəyidir.
Dünən Ermənistanın ABŞ-la imzaladığı əməkdaşlıq müqaviləsi ciddi müzakirə olunur – bir neçə vacib məqamı vurğulamaq lazımdır:
– Gedən ayaq olan Bayden Administrasiyası ilə imzalanan bu sənədin işlək olması sual altındadır,
– Bu müqavilə Azərbaycana qarşı deyil, bizim bu sənədi belə təqdim etməmiz yanlışdır, sənəd Rusiya və İrana qarşı imzalanıb. Qoyaq elə Rusiya və İran narahat olub Ermənistanla münasibətlərini aydınlaşdırsınlar. Bizim mövqeyimiz belə olmalıdır ki, zatən Azərbaycan haqlı və hüquqi cəhətdən üstündür, biz Cənubi Qafqazda sülhün və əminəmənlığın bərqərar olmasına çalışırıq,
– Ermənistanda Rusiya hərbi bazaları var, Ermənistanın Rusiyadan iqtisadi-siyasi asılılığı dəhşətli dərəcədədir. Rəsmi İrəvanın ABŞ-la müqaviləsi Rusiyanı əsəbləşdirib Ermənistana qarşı hansısa hərəkətə keçirəcəksə, əsas məsələ odur ki, biz bu məsələdən tam kənarda qalaq – özləri bilər,
– Bu gün Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsi üçün əsas mərkəzlərdən biridir, əsasən də, Rusiyanın qiymətli daşlar və qızıl alveri Ermənistan üzərindən gedir, Rusiya Ermənistan üzərindən özünə lazım olan yarımkeçiricilər və elektron avadanlıqlar alır. ABŞ, Qərb bunu görmürmü? Görür, sadəcə, sərf edir, özü də hamıya sərf edir. İndi görək bu mexanizm dağılacaqmı? Düşünmürəm. Ermənistanın hər iki stulda oturmaq istəyi hər iki tərəfi qıcıqlandıracaq – bizə gözləmək düşür.
Ermənistanın Cənubi Qafqazda təhlükəsiz yaşamasına, inkişaf etməsinə tək bir ölkə – Türkiyə zəmanət verə bilər. Geci-tezi, məhz bu konsepsiya qalib gələcək.
Azərbaycan isə Tramp administrasiyası ilə strateji əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır, bunun anonsunu eşitmişik, məncə, doğru qərar olacaq. Bundan başqa, son 6-7 ayda, hətta Trampın qalib gələcəyi ehtimalının aşağı olduğu dövrlərdə belə, bir neçə dəfə publik çıxışlarımda demişdim, indi də bu fikirdə qalıram – Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında normallaşma sənədləri məhz Trampın iştirakı ilə imzalanacaq. Çünki, ən rahat imzalana biləcək, 90 faiz, hətta Ermənistanın ATƏT-in Minsk Qrupu kimi mənasız qurumun ləğvinə razı olması ilə 95 faiz hazır sənəd var. Trampın, “mən dünyaya sülh gətirəcəm”, mesajını təsdiq edəcək ilk addım kimi Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan sənədləri imzalanacaq. Bundan sonra Cənubi Qafqazdan Rusiyanın, məhz Azərbaycan və Türkiyənin addımlarına görə sıxışdırılması daha da sürətlənəcək.
Ona görə də, dünən Ermənistan-ABŞ arasında imzalanan sənədə təmkinli yanaşmalıyıq, bu sənədin Azərbaycana qarşı olduğunu söyləmədən, Rusiya və İrandan Ermənistana qarşı gələcək “qapazları”, bu işə qarışmadan, gözləməliyik...