vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QƏZA, FACİƏ  
13:39 | 12 fevral 2025 | Çərşənbə Məqaləyə 383 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qırğızıstanda xəstəxanada yanğın

2 uşaq ölüb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Qırğızıstanın paytaxtı Bişkekdə Milli Ürək Cərrahiyyəsi və Orqan Transplantasiyası İnstitutunda baş vermiş yanğın nəticəsində 2 nəfər ölüb, 260 nəfər təxliyə edilib. Ölənlərin hər ikisi uşaqdır.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yerli vaxtla saat 21:33-də Bişkekdəki Milli Ürək Cərrahiyyəsi və Orqan Transplantasiyası İnstitutunda başlayan yanğın 6 yanğınsöndürmə qrupu, 3 yanğınsöndürmə maşını və 22 yanğınsöndürmə maşınının müdaxiləsi ilə saat 23:15-də söndürülüb.

Açıqlamada yanğın nəticəsində 2 nəfərin həyatını itirdiyi, xəstəxanadan 260 nəfərin təxliyə edildiyi, onlardan 216-nın xəstə, 44-nün tibb işçisi olduğu bildirilib.

Hadisə yerinə gələn Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov, fövqəladə hallar naziri Boobek Ajikeyev və səhiyyə naziri Erkin Çeçeybayev səlahiyyətli şəxslər tərəfindən məlumatlandırılıb.

Səhiyyə naziri Çeçeybayev burada verdiyi açıqlamada “Yanğın xəstəxana binasının zirzəmisində baş verib və qatı tüstü havalandırma bölmələrindən bütün mərtəbələrə yayılıb”, – deyib.

Digər tərəfdən, xaricdə olan Nazirlər Kabinetinin sədri Adilbəy Qasıməliyev yanğınla bağlı yazılı açıqlama verib.

A.Qasımalıyev açıqlamasında xəstəxananın fəaliyyətinin tez bir zamanda bərpa olunmasına, xəstələrin və tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlərin görülməsinə göstəriş verib.

Açıqlamada həmçinin yanğının səbəblərinin aydınlaşdırılması və aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi üçün idarələrarası istintaq komissiyasının yaradılmasını istəniliib.