vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SAĞLAMLIQ  
22:23 | 22 dekabr 2016 | Cümə axşamı Məqaləyə 3359 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dağınıq beyin sindromundan əziyyət çəkirsiniz?

Eyni anda bir neçə tapşırığı yerinə yetirmək effektiv olmasa da, başqa cür mümkün deyil

MÖVZU İLƏ ƏLAQƏLİ

Eyni anda bir neçə işi yerinə yetirməyi unudun. Bizim müdaxilə asılılığımız, beynimizə bilməyərəkdən təsir edir. 1990-cı illərdə mesajlaşma məşhurlaşır, lakin Cudi Vaynlənd (Judi Wineland) bunun həvəskarı deyildi.

Kompüter ekranında tez-tez peyda olan söhbət bildirişləri, onun üçün gündəlik işləri tamamlamaqda çətinlik yaradır. Lakin bu, ofisdəki digər həmkarları - xüsusilə də, gənclər üçün belə deyildi.

«Bu uşaqların eyni anda bir neçə işi yerinə yetirdiyini görüb fikirləşirdim ki, məndə problem var», 1978-ci ildən bəri macəra səyahət şirkətləri idarə edən və hazırda ABŞ-da iki «AdventureWomen» and «Thomson Safaris» kampaniyalarının həm-idarəçisi olan Vaynlənd deyib.

Lakin, o görür ki, eyni anda bir neçə işi bacarmamaq əslində üstünlükdür. «Bu halda mən, şirkəti daha yaxşı idarə edə bilirdim».

Günlərimiz, ardı kəsilməyən maneələrlə doludur. E-maillər, ismarışlar, görüşlər, sualı olan həmkarlar və siyahı davam edir. Bir çox şirkətlər hətta bizi eyni andan bir neçə tapşırığı yerinı yetirməyə məcbur edir. Açıq ofis məkanını yaratmaqla şirkətlər, işçilərin daha çox və növ iş görməsinə şərait yaradır.

Lakin, artan araşdırmalar göstərir ki, eyni anda bir neçə tapşırığı yerinə yetirməyə çalışmaq insanı daha az məhsuldar edir. Bir tapşırığa kökləndikdə, daha çox iş görmək olur.

Buna səbəb isə beynimizin, hər dəfə bir işi yerinə yetirmək üçün qurulduğudur. Eyni anda bir neçə işi yerinə yetirdiyimizi düşünsək də, əslində tapşırıqlar arasında var-gəl edirik.

Bunu təkrarlamaq isə beynimizi yorur və idraki qabiliyyətimizi aşağı salır. 2007-ci ildə aparılan bir araşdırma göstərir ki, elmlə məşğul olan insanlara, hər üç dəqiqədən bir e-mail və başqa müdaxilələrlə mane olunur və onların işi vaxtında bitirməsini əngəlləyir.

Bir işi yerinə yetirmək (Singletasking) adlı kitabın müəllifi Devora Zak (Devora Zack) deyir ki, «bu heç zaman işləmir və sözün istənilən mənasında insanı geriyə aparır».

 

Eyni anda bir neçə işi yerinə yetirmək mifləri

 

Eyni anda bir neçə işi yerinə yetirmək, «daha dayaz düşünmə yaradır, yaradıcılığı azaldır, səhvləri artırır və gərəksiz məlumatı uzaqlaşdırmaq qabiliyyətimizi aşağı salır», Dallasda yerləşən Texas universitetinin Beyin Sağlığı Mərkəzinin qurucusu və əsas direktoru Sandra Bond Çapman (Dr. Sandra Bond Chapman) e-mailində bizə deyib.

Beyin eyni anda bir neçə işi yerinə yetirmək üçün qurulmadığına görə, vaxt keçdikcə artan stress səviyyəsi və depressiya müşahidə oluna bilər və bu da ümumi intellektual qabiliyyətimizi aşağı salar, o söyləyib.

Eyni anda bir neçə işi yerinə yetirməyin effektiv olmadığı sübutları qalaqlansa da, köhnə fikirlərlə yeni texnologiyanın birləşməsi, əksər iş yerlərində bunun mümkünlüyünü aşılayır.

Bunun bir günahkarı da özümüzük. Eyni anda bir neçə işi yerinə yetirərkən özümüzü məşğul və məhsuldar sanırıq. Berkeleydə yerləşən Kaliforniya Universitetinin Böyük Yaxşı Elm Mərkəzinin icraçı direktoru Kristin Karter (Dr. Christine Carter) belə deyir.

«Məşğulluq, köhnə fikirlilərin yaratdığı mühümlük nişanəsidir», Karter söyləyib. «Ofisdə daha çox vaxt sərf etməyin, yaxşı işçi olduğun anlamına gəlir kimi bir mif mövcuddur».

Karterə görə, zavod və ofislərə giriş və çıxış saatlarımız, sənayeləşmədən bihuş olmağa bərabərdir. Əvvəllər bu mif keçərli olubsa, kompüter və e-maillərin icadından sonra, vəziyyət tamamilə dəyişib.

Çapman yazır: «Texnologiya beynimizi, maneələrdən asılı olmağa öyrədir. Biz narahatlıqla növbəti e-mail, ismarış və ya sosial media paylaşım siqnalını gözləyirik. Başqa sözlə, başqa hər hansı asılılıq kimi, pis olduğunu bildiyimiz halda, bundan ayrıla bilmirik».

Hətta Karter özü, öz məsləhətinə əməl etməkdə çətinlik çəkib. Eyni anda bir neçə işi yerinə yetirməyi o, stressdən xəstəxanaya düşdükdən sonra dayandırıb.

Hamımız bundan ibrət götürməliyik. «Biz cəmiyyət olaraq, dağınıq beyin sindromundan əziyyət çəkirik», Singltaskinq (Singletasking) kitabının müəllifi – Zak deyib.

«Bu, hər yerdədir - iş həyatımızdan tutmuş şəxsi həyatımızadək».