
220 ölkə, 940 şəhər ...
Dünyada hər beş nəfərdən biri iqlim dəyişikliyinin təsirini hiss edir
Dünyada hər beş nəfərdən biri iqlim dəyişikliyinin təsirini hiss edir
Bu il təkcə Tokioda 248 nəfər həyatını itirib
Rekord 2 dərəcədən çox fərqlə qırılıb
914 məntəqənin 144-də rekord temperatur qeydə alınıb
118 milyon insan risk altında
Həddindən artıq isti dalğası ilə yeni rekord
13 əyalətdə isti hava ilə əlaqədar xəbərdarlıq edilib
Mərakeşdə 21 nəfər ölüb, ABŞ isə meşə yanğınlarının əhatəsində
“İqlim dəyişikliyi səbəbiylə gələcəkdə oxşar rekordlar qırıla bilər”
ABŞ-da həddindən yüksək temperaturdan 146 milyon insan əziyyət çəkib
Havanın temperaturu çay kənarında 43 dərəcə olub
Çingiz Abdullayev: ““Liverpul”un məşqçisi Azərbaycana qarşı nasistlər kimi hərəkət etdi”
İsti gecələrdə sərin yatmaq üçün 8 üsul
Amma yerə bir damcı da su düşməyəcək
Sabah yağmurlu, tutqun və dumanlı hava proqnozlaşdırılır
Fransada, Almaniyada, Belçikada və İtaliyada 40 dərəcə isti qeydə alınıb
Avropanın şimalı «Luçifer», yəni «Şeytan» adı verilən isti hava dalğasının təsiri ilə «qovrulur». Bir çox Şimali Avropa ölkəsində havanın temperaturu 40 dərəcədən yüksəkdir. Əlaqədar qurumlar əhaliyə müraciətlə gündüz saatlarında havaya çıxmamaq barədə xəbərdarlıq edib. Afrikadan əsən isit külək və yüksək rütubət səbəbiylə bəzi yerlərdə hiss edilən hava temperaturu 50 dərəcə olur. Bu isti hava dalğası Türkiyəni də təsiri altına almağa başlayır. Dünəndən etibarən İtaliya, İspaniya, Xorvatiya, Bosniya-Hersoqovina, İsveçrə, Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Çernoqoriya da olduğu 11 ölkə üçün həyəcan siqnalı verilib.
İtaliyada hərarət 40 dərəcə olduğu halda xəstəxanalara təcili yardım üçün müraciətlər 15 faiz artıb. Xorvatiyada temperatur 42 ,5 dərəcəyə yüksəlib.
Artıq Azərbaycanda da əhaliyə xəbərdarlıq edilib.
Bakıda və Abşeron yarımadasında sabah hava günəşli, zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 23-26 dərəcə, gündüz 34-38 dərəcə, Bakıda gecə 24-26 dərəcə, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti təşkil edəcək.
Eyni zamanda, avqustun 5-dən birinci ongünlüyün sonunadək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-39 dərəcə, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq
Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, avqustun 5-dən 10-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və bürkülü hava şəraiti fonunda çox isti temperaturun narahatçılığı gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət deyil.
Avqustun 5-dən birinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin isti olacağı, havanın maksimal temperaturunun 35-40 dərəcə, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi günlərində 43 dərəcə, dağlıq rayonlarda isə 29-34 dərəcə isti olacağı gözlənilir.