Neft ucuzlaşır
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
11:24 | 15 iyun 2019 | Şənbə
Məqaləyə 4683 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Qərarda paralel sistemlər və risklərin yoxlanılması müsbət addımdır, amma ...
Pezeşkian Vəhididən Xameneyiyə şikayət etmək istəyir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “Xeberman.com” və “Press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.
Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb, müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlamağı razılaşdırılıb.
Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib. İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib.
Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Araşdırma aparılır.
Açıqlamada Polad Aslanovun hansı dövlətin xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyi açıqlanmasa da, onun “Facebook” səhifəsindəki paylaşımlarından və səfər fotolarından bəlli olur ki, şübhəli şəxs İrana meylli adam olub.
Hətta onun sosial şəbəkədə paylaşdığı şəkillərdən tez-tez İrana səfər etdiyi və ya adamlar göndərdiyi, orada İranın dini hakimiyyətinə bağlı şəxslərlə görüşdüyü və görüşdürdüyü bəlli olur.
Həmçinin onun adı ilə bağlı olan müxtəlif səhifələrdə Azərbaycan əleyhinə çağırışlar edilir, dövlətin dinlə bağlı siyasəti pislənilir. Hətta bu şəxs ölkəmizdə reallaşan beynəlxalq tədbirlər ərəfəsində Azərbaycan əleyhinə mövqeyi ilə seçilən İranın “Səhər” kanalına bağlanaraq bu tədbirləri gözdən salmağa çalışır, dövlətimiz əleyhinə fikirlər sələndirir.
Polad Aslanov öz səhifələrində həmçinin Nardaran hadisələrinə görə, həbs olunan "Müsəlman Qardaşları" radikal dini təşkilatın rəhbəri Taleh Bağırzadəyə də simpatiyasını gizlətmir, "Səhər" kanalındakı canlı yayımlarında onun azadlığını tələb edir.
Onun çıxışlarının hazırda İrana sığınaraq Azərbaycan dövlətinə qarşı istifadə olunan “Mübariz Ruhanilər Cəmiyyəti”nin rəhbəri, Azərbaycan vətəndaşı Tövhid İbrahimbəylinin və İran dini hakimiyyətinə bağlı radikal şəxslərin fikirləri ilə eynilik təşkil etməsi Polad Aslanovun hansı dövlətin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini üzə çıxarır.
Bu məntiqlə yanaşsaq Polad Aslanovun İran xüsusi xidmət orqanı ilə anlaşdığını ehtimal etmək olar.