İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
20:17 | 5 mart 2014 | Çərşənbə
Məqaləyə 2822 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın Mazandaran əyalətinin Baytarlıq İdarəsinin rəisi Məcid Bəxtiyarinin sözlərinə görə, Xəzər dənizindəki kefal balıqları virusa yoluxub. Ona görə də bu növ balıqların istifadəsi zərərlidir və qadağan olunur.
M.Bəxtiyari deyib ki, Xəzər dənizində kefal balıqlarının ölüm halları günbəgün artır: «Ölmüş kefal balıqlarının üzərində analizlər aparılıb. Bu balıqlarda aşkarlanan xəstəlik həm insan, həm də heyvan üçün təhlükəlidir. 45 gün ərzində ölmüş kefal balıqlarının üzərində aparılan analizlərin yekun nəticələri açıqlanacaq. Ona görə də əhalinin hələlik bu növ balıqları yeməsini məsləhət görmürük».
Baytarlıq İdarəsinin rəisi kefal
balıqlarının xəstələnməsinə səbəb kimi sənaye və məişət tullantılarının çaylar
vasitəsilə dənizə axıdılmasını göstərib və deyib ki, çayların çirkli suyu kefal
balıqlarının virusa yoluxmasına səbəb olub.
Bu xəbərlərə əsaslanaraq, Kənd
Təsərrüfatı Nazirliyi Azərbaycanın Xəzər dənizi sahillərində və sahilə yaxın
ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması
barədə Dövlət Baytarlıq Xidmətinə göstəriş verib.
Xidmətin mətbuat mərkəzindən Trend-ə
verilən məlumata görə, göstərişə uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Baytarlıq Xidməti ölkəmizin Xəzər dənizi sahili rayonlarının
baytarlıq idarələrinə telefonoqram göndərib.
Telefonoqramda ölkəmizin dəniz sahili ərazilərində monitorinq keçirilməsi, ərazidə ölmüş və xəstəliyə şübhəli balıqlara rast gəlinərsə onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələrin götürülməsi, müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılmasına dair ciddi tapşırıq verilib.