
Heykəllərə yansıyan beynəlmiləlçiliyimiz...
UNESCO isə haqlı olaraq susur...
UNESCO isə haqlı olaraq susur...
Qusmanı da “əcinnə” kimi ovlayan Gebbelsin varisləri bir gün qan qusacaqlar
MEDİA və “Azərpoçt” MMC tərəfindən hazırlanan poçt markası dövriyyəyə buraxılıb
“Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda müzakirə
3-cü Şuşa Qlobal Media Forumunda növbəti panel
Forumun iştirakçıları Laçın şəhərinin görməli yerlərini gəziblər
Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağı gəzir
TDT-nin Media Şöbəsi mətbuat və media qurumlarının nümayəndələri bir araya gəlib
Laçında mövzusunda dəyirmi masa keçirilib
3-cü Şuşa Qlobal Media Forumunda ilk panel sessiyası
Ayaz Salayevə ithaf olunur...
Öz dilimizdəki sözlərin yerinə niyə fars dilindəki kəlmələrdən istifadə edirik
Bir kitabdan daha artığı
Soyqırımı ilə bağlı müddəa müqaviləyə daxil edilməlidir
Abuzər Manafzadə “Xocalıya” əsərini Avropa, Amerika və Asiyada 200-dən çox konsertdə ifa edib
(Soyqırımı törədən iki xalqın – almanlarla ermənilərin əsas fərqi barədə)
Bildiyimiz kimi, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünyanın müxtəlif ölkələrindən gələn kulinarlarının iştirakı ilə Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilib.
Beləcə uzun illər düşmən əsarətində qalan doğma şəhərimiz yüzlərlə insana qucaq açıb.
Böyük marağa səbəb olan bu əhəmiyyətli tədbirdə kulinarlarla yanaşı teatr kollektivləri, həmçinin kuklaçılar da təmsil olunublar.
Belə ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri sənət ocağının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin başçılığı ilə festivalda zəngin proqramla çıxış ediblər.
Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının rəhbəri Səidə Haqverdiyeva və onun istedadlı yetirmələri də qədim şəhərdə zəngin kukla sənəti nümunələri ilə marağa səbəb olublar.
Kuklaçılar festival müddətində hər gün qonaqlar qarşısında “Müsyö Jordan və Dərviş Məstəli şah”, “O olmasın, bu olsun” tamaşaları, eləcə də milli oyunlardan ibarət kompozisiyalarla çıxışlar ediblər.
“Oyuq”çulara gəlincə onlar aktyorluq məharətləri ilə yanaşı vokal imkanlarını da məharətlə nümayiş etdiriblər.
Qeyd edək ki, “Şuşa İli” çərçivəsində marionet kuklalarla yeni tamaşanın hazırlanması işlərinə də başlanılıb və səfərdən qayıdan heyət sabahdan məşqlərə start verəcək.