Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:01 | 25 may 2022 | Çərşənbə
Məqaləyə 1155 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Qərbin Rusiyanı analiz etməklə bağlı ciddi problemləri var: Müharibə başlayandan bəri (hətta müharibədən öncə də) ən çox yayılan tezislərdən biri o idi ki, Rusiya hərbçilərin itkilərinə, iqtisadi çətinliklərə görə çox tez bir zamanda çökəcək, orta statistik rus vətəndaşı insan itkilərinə və iqtisadi çətinliklərə görə ayağa, etiraza qalxıb Putin rejimini devirəcək – çox yanlış analiz və gözləntidir.
Bu haqda dəfələrlə yazmışam, publik danışmışam, Rusiya yaranandan bəri bütün hakimiyyətləri insan həyatını heçə sayıblar, onlar üçün əsgər-zabit ölümləri faciə deyil də, ancaq statistikadır. İqtisadiyyata gəldikdə isə orta statistik rus deyir ki, ac olaram, amma torpaqlarımı qaytararam, yoxsul olaram, amma İmperiyamızı quraq – yəni, bu gün müharibəni başlayan, aparan “kollektiv” Putindir, o rus cəmiyyətinin, orta statistil rusiyalının sözçüsü, onların arzularının ifadəçisidir.
Ukrayna və Qərb mətbuatı həm də müharibəni başqa cür təqdim edir, sanki artıq Ukrayna tam qələbə qazanır, lap az qalıb, hər gün Arestoviç milli “valeriyanka”, ölkədaxili sakitləşdirici “həb” rolunda çıxış edir, hər şeyin yaxşı olduğunu-olacağını söyləyir. Amma...
2022-ci il fevralın 24-nə qədər Rusiya Ukraynanın 7 faiz torpağını işğal etmişdi – bura Krım və iki qondarma “respublikanın” əlində olan ərazilər daxil idi. Həmin günə işğal olunan torpaqların ümumi sahəsi 43.300 km2 idi (Azərbaycanın yarısı qədər), bu günə, müharibədən 3 ay keçəndən sonra Rusiyanın işğal etdiyi ərazinin həcmi 125.570 km2-dir, Rusiya Ukrayna ərazisinin 20,8 faizini işğal edib – bu ərazi Macarıstanın, Bolqarıstanın ərazisindən böyükdür.
Bu gün Qərb hələ də düşünür ki, Rusiya Ukraynada 30, 40, 50, 100 min itki versə, müharibə dayana bilər. Məncə, səhv analizdir. Rusiyanı müharibəyə son verməyə vadar edən tək məsələ tutduğu ərazilərin böyük bir qismindən vurulub-çıxarılması ola bilər – məhz bu faktor, torpaq itkisi orta statistik rusiyalıya təsir edə bilər. Əgər yaxın 2 ay ərzində Ukrayna ordusu Xerson və Zaparojye vilayətlərinin ərazisini işğalçı Rusiya ordusundan təmizləyə bilməsə, Rusiyada heç bir daxili etiraz olmayacaq, çünki əsrlərdir İmperiya düşüncəsi ilə zəhərlənən toplum ölkələrinin “uğur hekayəsini” rifahda, azad yaşamaqda deyil də, torpaq almaqda görür...