
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İranda dolların 4,200 tümənlik dövlət məzənnəsi və zəruri mallar üçün müəyyənləşdirilmiş subsidiyaların ləğvi nəticəsində qiymətlərin dramatik şəkildə artması geniş narazılığa səbəb olub.
Siyasi fəal Saleh İldırım deyib ki, hazırkı ağır iqtisadi sıxıntılar üzündən İran Azərbaycanında da əhalinin etirazlarını ifadə etmək üçün küçələrə çıxacağı gözlənilə bilər.
“Bu inflyasiya və bahalıq insanların həyatlarına müstəqim təsir edir. Eyni zamanda onların inancı və ideologiyasına, hər şeyinə təsir edir. Molla bunu anlamaz çünki, o heç zaman ac olmayıb. Hər zaman milləti iqtisadi qənaətə çağırıb amma öz qarnı dolu olub, süfrəsi bol olub”, – Saleh İldırım söyləyib.
Siyasi fəal deyir ki, Azərbaycan Milli Hərəkatına mənsub qüvvələri bu vəziyyətə laqeyd qala bilməzlər.
“İnsanlarımız niyə gərək çörək növbəsində ola? İnsanlarımızı 40 ildir bu çörək növbəsində, yumurta növbəsində, ət növbəsində tuturlar. Bu heç zaman düzəlməyəcək... Buna görə, indi İranda dövləti çevirmək üçün, millətin küçələrə çıxması üçün şərait hazırdır. Güney Azərbaycan bundan müstəsna deyil. Azərbaycan Milli Hərəkatı da bundan müstəsna ola bilməz. Biz məsələn dil deyirik. Amma bu insan acmı olacaq? Biz insanlarımızın dilini də deyirik, mədəniyyətini də deyirik, iqtisadiyyatını da, var-dövlətini də. Bunları çalıb aparıblar”, – İldırım qeyd edib.
Milli Hərəkatın məişət məsələsi ilə bağlı etirazlara daxil olması, İldırımın sözlərinə görə, hərəkatı milli istiqamətdən uzaqlaşdırmayacaq.
“Milli söyləmdən o zaman uzaqlaşarıq ki, millət Tehrandan təqlid edib Tehranda verilən şüarları verə. Azərbaycanın öz söyləmi var, tələbləri var. Hətta iqtisadi tələbləri belə türkcə səsləndirdiyi zaman bu milli tələbə çevrilir. Azərbaycan öz milli iqtisadiyyatını istəyir. İranın bir qanadı Azərbaycanı bu mövzuda passiv saxlamağa çalışır. Çünki Azərbaycan bu etirazara qatıldımı, təbiidir ki, bir nəticə alınacaq”.
Saleh İldırımın sözlərinə görə, Güney Azərbaycanında əhali hər halda məişət sıxıntılarına etiraz olaraq küçəyə çıxacaqlar. Bu milli hərəkatın rəhbərliyi ilə olmasa, başqası rəhbərlik edəcək.
“Azərbaycan milli hərəkatı xalqın süfrəsinin də qayğısındadır. Fərqli siniflərin, işçinin, əkinçinin, yoxsulun, bunların dərdi hamının dərdidir. Biz öz simvollarımız və öz şüarlarımızla çıxsaq, bu aksiyalar mərkəzdəki etirazlara çevrilməz. Yetər ki, biz türkcə və Azərbaycan Milli Hərəkatının şüarları ilə çıxaq. Biz hər halda Güney Azərbaycanda əhalinin küçələrə tökülüb bu iqtisadi vəziyyətə etirazlarına şahid olacağıq. Əgər bunu Azərbaycan Milli Hərəkatı təşkil edərsə, təbii ki buna rəhbərlik edəcəkdir. Yox, kənarda durarsa, Tehranın şüarı Təbrizdə səsləndiriləcək. Biz bir zaman görərik ki, millət düşüb İsfahanın, Şirazın, Tehranın ardınca və bilmədiyimiz adamlar buna rəhbərlik edir,” Saleh İldırım əlavə edib.