
Güney Azərbaycan – türkün savaş meydanı
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Güney Azərbaycan təşkilatları Urmu gölü ilə bağlı küçə etirazlarına çağırış edib.
“Əziz Azərbaycan türk Milləti,
Bildiyiniz kimi, son günlər Urmu gölünün vəziyyəti yenidən kritikləşib və uzmanların verdiyi məlumatlara görə, mövcud şərtlər belə davam edərsə, Urmu gölü qısa müddət ərzində geri dönməz şəkildə quruyacaq. Bu şərtlər altında Güney Azərbaycanın coğrafiyası həyati təhlükə ilə üzləşəcək.
Təəssüflər olsun ki, İran rejimi körfəzdən İranın mərkəzi çöllərinə su nəqli üçün inanılmaz pullar ayırdığı halda, Urmu gölünün qurtarılması üçün büdcə vəsaiti ayırmaqdan və görün qurumasının qarşısının alınması ilə bağlı əməli addımlar atmaqdan imtina edir.
Bununla bağlı son günlər Güney Azərbaycan şəhərlərində və sosial şəbəkələrdə etiraz dalğası başlayıb.
Millətimiz yoxsulluqdan, bahalıqdan, işsizlikdən bezdiyi halda, indi də İran rejiminin işi olan Urmu gölünün məhv olma təhlükəsindən dolayı hüzn və qəzəbə qərq olub. Şübhəsiz ki, bu durumda millətimizin etiraz səsini ucaltmaqdan başqa çarəsi yoxdur”-deyə, bəyanatda bildirilir.
Güney təşkilatları bildirib ki, cəmiyyətin müxtəlif təbəqələri həmrəy olmalı, Urmu gölünün qurudulmasına etiraz etməlidir: “Biz, Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Mərkəzi olaraq xalqımızın müxtəlif təbəqələrini hər bir cəmiyyətin demokratik və ayrılmaz hüququ olan küçələrdə dinc etiraz aksiyalarında iştirak etməyə çağırırıq.
Millətimizin etiraz səsi və zülmə fəryadını bütün dünyaya eşitsin. Təbii ki bu, millətimizin yoxsulluq və bahalıqdan tutmuş işsizliyə, korrupsiyaya qədər bütün problemlərinə və ən başda Urmu gölünün quruması fəlakətinə etirazı olacaq.
Aksiyanın vaxtı: Şənbə, 16 İyul (25 tir), Saat 18.00.
Mitinqlərin keçiriləcəyi yerlər:
Təbriz: Rasta Küçə, Bazar Ağzı
Urmu: Bazar Ağzı, İmam-Ətayi dördyolu
Ərdəbil: Şəriəti dördyolu
Zəncan: Səbzə meydan
Tehran: İmam Hüseyn meydanı və Azərbaycanın digər şəhərlərinin mərkəzi meydanları”.
Bəyanatı Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinə daxil olan təşkilatlar imzalayıb:
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)