
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İranın Kəşfiyyat Nazirliyi verdiyi açıqlamada Qərbi Azərbaycan vilayətində “terror qruplaşması”nın üzvlərini həbs etdiyini iddia edib.
Fars xəbər agentliyi Kəşfiyyat Nazirliyinin rəsmi saytına istinadən xəbər verib ki, “terror qruplaşmasının bütün üzvləri” Qərbi Azərbaycan vilayətinin kəşfiyyat İdarəsi, İslam İnqilabı Keşikçiləri Korpusunun bir düşərgəsi və vilayətin ədliyyəsi ilə birgə əməkdaşlıq çərçivəsində həbs edilib. Həbs edilən şəxslər “bədxah separatçılar” kimi təqdim edilib.
Yayımlanan xəbərdə “təxribatçı şəbəkə” kimi qeyd edilən qruplaşmanın sayı on nəfər olaraq açıqlanıb və onlardan hər cür fərdi silah, RPG, qumbara və TNT əldə edildiyi bildirilib.
İranın Kəşfiyyat Nazirliyinin rəsmi saytının dərc etdiyi açıqlamaya görə, bu şəxslər bir neçə qrupda və on nəfərlik şəbəkə şəklində “ölkənin həyati və iqtisadi mərkəzlərini və obyektlərini partlatmağı” planlaşdırıblar.
Açıqlamada həbs olunan şəxslərin adları və təfərrüatları qeyd olunmasa da, onların İraqın Kürdüstan bölgəsindən gəldikləri bildirilir və İraq Kürdüstanı administrasiyasına “terrorçu muzdluların” təxliyəsi ilə bağlı xəbərdarlıq verilib.