Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:17 | 22 avqust 2022 | Bazar ertəsi
Məqaləyə 4371 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ dövlət katibi Entoni Blinkenin bir neçə gün əvvəl Afrika ölkələrinə səfəri Qərb mətbuatının diqqət mərkəzindədir. Blinkendən əvvəl Afrika ölkələrinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransa prezidenti Emmanuel Makron səfər etmişdilər. Afrikada daha iki oyunçu var – Çin və Türkiyə.
Vaşinqtonun məqsədi Rusiya və Çinin Afrika qitəsinə artan təsirinin qarşısını almaqdır. Fransa və Türkiyə də qitədə fəaldırlar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan il ərzində Afrika ölkələrinə gedərək ikili əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib. Türkiyə şirkətlərinin Afrika ölkələrinə yatırımları artıb. Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin Afrika ölkələrində açdığı səfirliklərinin sayı da çoxalıb. Vaşinqtonu Fransa və Türkiyənin Afrikada fəallığı narahat etmir. Vaşinqton üçün əsas təhlükə Rusiya və Çinin Afrikadakı fəallıqlarıyla bağlıdır.
Vaşinqtonun məqsədinə çatacağı çətindir. Çünki Rusiya və Çin Afrika ölkələrində həm yatırımlarını, həm də ortaq şirkətlərin sayını artırıblar. Moskva və Pekinin Afrika ölkələrinin siyasi sistemi, demokratiya və insan hüquqları pozuntuları narahat etmir. Vaşinqton üçün isə bu qırmızı xətdir. Bu qırmızı xəttin varlığı ABŞ-ın Afrikanın bir çox ölkəsinə yatırım qoymasını əngəlləyir. Bu isə Rusiya və Çin üçün boşluqlar yaradır ki, Moskva və Pekin bundan istifadə edirlər. Çinin dövlət və özəl şirkətləri Afrika ölkələrinə milyardlarla dollar yatırım qoyublar, yeraltı zənginliklərin çıxarılması və satışı ilə məşğuldurlar. Çin şirkətləri uzunmüddətli müqavilələrə üstünlük verirlər. Bu Afrika ölkələrinin də maraqlarına cavab verir. Pekinin Afrika ölkələri ilə əməkdaşlığını genişləndirməsinin siyası hədəfləri də var. Çinin yatırımlarına ehtiyacı olan çoxsaylı Afrika ölkəsi Birləşmiş Millətlər Təşkilatındakı səsvermələrdə Çinin əleyhinə olan qətnamələrə və sənədlərə səs vermirlər. Bu amil də Vaşinqtonu ciddi narahat edir.
Vaşinqtonun Afrika ölkələri içərisində əsas tərəfdaşı Cənubi Afrika Respublikası (CAR) sayılır. CAR-da liberal institutlar, azad rəqabətə istinad edən bazar iqtisadiyyatı mövcuddur. Ancaq hətta CAR belə ABŞ-la yanaşı Rusiya və Çinlə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Təsadüfi deyil ki, CAR Rusiya və Çinlə birgə BRİKS təşkilatının üzvüdür. Buna görədir ki, CAR Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə etiraz etməyib. CAR neytral mövqedən çıxış edir.