
Komanda yoldaşı ilə sərt rəqabət
Yalnız “McLaren” komandasının sürücülərinin mübarizəsi yarışlara rəng qatacaq
Yalnız “McLaren” komandasının sürücülərinin mübarizəsi yarışlara rəng qatacaq
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
... Yaxud “Formula 1”in ikiüzlü halqası
Oskar maşından maksimumu ala bildi
İsti hava, uzun yarış təkərlərin qənimidir
Şumaxerin avtomobili rekord qiymətə satılıb
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Poulu əldən verən kiçik səhvlər ...
... Yaxud Piastrinin ilklərə başlayan ili
Yarış boyu liderliyi qorudu
“Red Bull” keçən il büdcə limitini 1.8 milyon funt aşıb. Verilən cəza isə məncə, yüngüldür. Gələnilki büdcədən 7 milyon kəsinti və aerodinamik borudakı işi 10 faiz azaltma. Düzdür, “Red Bull” bu il çempion olduğu üçün gələn il aerodinamik boruda ən az vaxt keçirən komanda olacaq. 10 faiz cərimə də onlara problem yarada bilər, amma yenə də yüngül cəzadır. Belə də, lap yaxşı. Deməli 5 faizə qədər limiti keçsən, belə yüngül cəza alırsan. Gələn il “Ferrari” və “Mercedes” də rahatlıqla limit keçə bilərlər. Lap əla.
İndi keçək Verstappenin builki qələbə sayına. Düzdür, bundan sonrakı yarışları qazanıb, qələbə sayını 16 da edə bilər. Amma məncə, 2004-cü ildə Şumaxerin rekordu qədər dəyərli olmayacaq. Çünki həmin il həm yarış sayı 17 idi, həm də “Ferrari” 1-2 yarışda Rubens Barrikelloya qələbə verdilər. Amma bu il “Red Bull” heç bir yarışda Peresə qələbə şansı verməyib.
2013-də də Vettelin ardıcıl 9 qələbəsi var idi. O da fantastik bir şey idi. Ardıcıl 9 yarış qazanmaq – hər yarışa hazırlaşmaq, hər yarış üçün beynini toplamaq və s. – asan iş deyil.