
BÖYÜK SÜLHün gəlişi
Türküstanda sərhəd toqquşmalarına son qoyulur
Türküstanda sərhəd toqquşmalarına son qoyulur
Türkdilli ölkələr üçün KTMT yox, TDT prioritet olmalıdır
Türkçülüyü motivasiya edən mahnı
Çağırış və təhdidlərə qarşı indidən əməli addımlar atmaq lazımdır
Zəif inkişaf etmiş ölkələr güclülər üçün “beyin” yetişdirir
İlham Əliyevdən Güney Azərbaycan mesajı
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
“Turan”ın gizli müttəfiqi, İrana qarşı yeni cəbhə
Türkdilli ölkələrdə qarşılıqlı ticari dövriyyəni yüksəltməyə nə mane olur?
... Yaxud balans getdi, Türkiyə gəldi
Türk dövlətləri yaxınlaşdıqca düşmənlər narahat olur
100 ildir gözlədiyimiz arzu
Şuşadan Eçmiədzinə çağırış: “Nifrət son qoyun”
Türk dövlətləri ilə ticarət dövriyyəsi yüksəlir
“Ey ölümsüz türk milləti, titrə və özünə dön!”
Azərbaycan hər zaman Türk dünyasında özünəməxsusluğu ilə seçilib. Bu özəllik Azərbaycanın yalnız türk dövlətçilik tarixinə bəxş etdiyi imperiya və dövlətlərlə bağlı deyil. 3000 illik qədim dövlətçilik tarixinə malik olan Türk milləti üçün Azərbaycana, bu coğrafiyaya biçilən rol onun daşıdığı mənəvi-ruhi missiyasında gizlindir.
Eramızdan əvvəl bu coğrafiyada ciddi siyasi-ideoloji qüvvə kimi proseslərdə iştirak edən Midiya dönəminin Qamları da, orta əsrlərdə türk fütüvvət fəlsəfəsinin yaradıcıları və türk dövlətçiliyində dərin dövlət anlayışını gətirmiş Əxilər də, XX əsrin əvvəllərində müasir türk milli dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən “Türkləşmək, müasirləşmək, islamlaşmaq” düsturunun ideoloqları da məhz bu torpaqlardan – Azərbaycandan çıxdılar.
Bu torpaqların adsız qəhrəmanları xeyirlə şərin mübarizəsində bir millət olaraq bizim üçün biçilmiş haqq missiyasında hər zaman ilahi həqiqətlərin və əmanətlərin qoruyucuları oldular. Bəlkə bu səbəbdəndir ki, tariximiz saysız savaşlardan ibarətdir: həm aşkar, həm gizli...
Təsəvvür edin ki, orta əsrlərdə türk imperiyalarının idarəetməsində, eləcə də ideoloji tutumunda müstəsna rol oynamış Türk Fütüvvət təşkilatı – Əxilik təşkilatının qurucusu Əxi Evrən – Şeyx Nəsrəddin Mahmud Xoyi və ardıclıları məhz Azərbaycandan idilər.
Türk dünyasının ruhu Azərbaycandır! Bu gün İlahinin işığından nur almış bu ruhi məkanın yaralarının sağaldığı zamandır!
Bu gün ilahi-kəlimətullahdan feyz alaraq dünyanın dörd bir yanında İLAHİ HİKMƏTİ TÜRK ƏDALƏTİ ilə yayan bir ulusun bütünləşmə sınağıdır!
Bu torpaqlar hər zaman haqq davasında işıq saçan mərkəz, haqq sirlərinin əmanətçisi oldu.
Və heç bir zaman minillərin tarixindən sərpilərək gələn qan yaddaşını itirmədi.
Müqavimət göstərdi, şəhid verdi, amma əsla və əsla diz çökmədi!