
Qərb Turan Ordusuna dəstək verir
Rusiya, Çin və İran isə...
Rusiya, Çin və İran isə...
İsti başla yox, soyuq ağılla verilən qərar
Ərəb dövlətlərinin qəbul etmədiyi Ankara Türküstanı özündən uzaqlaşdırıb
Səlibçilik dünya demokratiyasına təhdiddir
Çin və Rusiyaya baxanda Avropa Birliyi daha az ziyanlıdır
Mərkəzi Asiya ölkələri TDT-dən iqtisadi fayda, Avropadan siyasi qazanc güdür
Çox güclü olduğu dönəmlərdə bunu çözə bilməyən Avropa, indi nə edə bilər ki?
Boğazdan yuxarı olan kəlmələr saxtakarlıq idi
Türkiyə bir qərar verməlidir – ya İslam, ya da Türki dünyasının lideri arasında seçim etməlidir
Azərbaycan dostluq, qardaşlıq, cəsarət və qətiyyətdə nümunədir
Astana, Daşkənd, Aşqabat və Bişkek 7 əsr əvvəlki kimi eyforiya və illüziya aldanır
Türk dünyası ilə yaxınlaşma
Avropa öncə antitürk siyasətindən imtina etməlidir
Türkdilli ölkələr üçün KTMT yox, TDT prioritet olmalıdır
Çağırış və təhdidlərə qarşı indidən əməli addımlar atmaq lazımdır
Türk dövlətləri ilə ticarət rekord həddə
Böyük, ulusal hədəflərimizə çatmaq yolunda dilin gücünü də, musiqinin gücünü də düzgün dəyərləndirməli və bunlardan maksimum yararlanmalıyıq.
Gördüyümüz kimi bir yandan Azərbaycan türkcəsi bu günlərdə İranın fars-molla rejimini təlaşlandırmağa, silkələməyə davam edir. Bu yandan isə başqırd türklərinin “Ay Yola” qrupunun “Homay” (Humay) adlı mahnısı sürətlə hitə çevrilir, milyonların qəlblərini fəth edir.
Bu mahnı türkçülük motivindədir. Qədim türk folkloru əsasında yazılıb, bəstələnib. Ad da, mövzu da, ifaçı da uğurlu seçilib.
Bu mahnı Rusiya dövlətinin assimilə etməyə, mankurtlaşdırmağa çalışdığı başqırd, tatar, kalmık, çuvaş, xakas, Tuva, Kabarda-Balkar, Qaraçay, Krım türkləri tərəfindən böyük coşqu ilə qarşılanmaqla yanaşı, həmçinin Qazaxıstan, Qırğızıstan, Özbəkistanda da hər kəsdə heyranlıq doğurur.
Son bir həftə ərzində bu trek Azərbaycanda da çox dinlənilir, paylaşılır.
Sadə kompozisiyası var. Amma çox sevildi.
Baxın, bircə mahnı ilə bütün türk dövlətlərinin və Rusiya, Çin, İraq, Əfqanıstan, Suriya, Moldova, Rumıniya, Bolqarıstanda yaşayan türkdilli xalqların, eləcə də Güney Azərbaycan, Borçalı və Dərbənddəki soydaşlarımızın inteqrasiyası işinə nə boyda təkan, dəstək vermək mümkündür.
Ancaq əfsuslar olsun ki, bizim bir çox müğənnilərimizi, tv-lərimizi bu cür musiqilər, mövzular qətiyyən maraqlandırmır. Heç olmasa, “Homay”ı oxuyan Adel adlı bu başqırd qızından örnək alsınlar, nümunə götürsünlər.