Azərbaycan Vatikanla əlaqələri möhkəmləndirir
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
12:00 | 21 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 93 dəfə baxılıb
Şriftin ölçüsü
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
Avqust 22-si dua və oruc günü olacaq
Roma Papası: “Katoliklərin və pravoslavların birlikdə həyata keçirdikləri səyahətin təməl daşıdır”
Papa XIV Leo ilk sınaq qarşısındadır
Papa Putini Ukraynaya çağırıb
İnauqurasiya mərasimində dünya liderləri bir araya gəldi
Papa XIV Leonun şərəfinə dondurmalar və pivələr istehsal olunur
Papa XIV Leo sosial mediaya qayıtdı
Yeni Papanın sevimli komandaları bəlli olub
Papa Fransisin Vatikanın Casa Santa Martadakı iqamətgahında 88 yaşında vəfat etdiyi bildirilir.
Vatikan, katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransiskin bu səhər yerli vaxtla saat 07:35-də dünyasını dəyişdiyini açıqlayıb.
Papa Fransis fevral və mart aylarında yoluxduğu ikitərəfli pnevmoniyaya görə 38 gün xəstəxanada qalıb.
Vatikanın məşhur Müqəddəs Pyotr meydanında toplaşan katoliklər İsanın dirilməsini qeyd edən Pasxa bayramı keçirib. Papa Fransis bayram mərasiminə rəhbərlik etməyib. Amma mərasimin sonunda əlil arabası ilə Müqəddəs Pyotr Bazilikasının lojasına gələrək oradan camaatı salamlayıb və onlara Pasxa bayramını təbrik edib.
Papanın adətən özünün oxuduğu və dünya məsələlərinə toxunduğu və Pasxa mesajını çatdırdığı ənənəvi “Urbi et Orbi (Roma və dünyaya)” çıxışını bu dəfə köməkçi oxuyub. Pasxa mesajında Papa Fransis Ukrayna və Qəzzada üçün davamlı sülhə çağırmışdı.
***
Vatikan bu gün verdiyi bəyanatda papanın ölümünü təsdiqləyərək, onun səlahiyyət müddətini “parçalanmalar və islahatlar səyləri ilə qeyd olunan təlatümlü dövr” kimi xarakterizə edib.
Vatikan tərəfindən yayımlanan video bəyanatda danışan kardinal Kevin Farrell, “Əziz qardaşlar və bacılar, müqəddəs Atamız Fransisin vəfatını dərin hüznlə elan etməliyəm” dedi.
***
2013-cü ildə vəzifəyə başlayan Papa Fransis Vatikanın ənənəvi strukturunu sarsıdan islahat addımları ilə dünya ictimaiyyətinin diqqətini çəkib.
Məlumdur ki, onun xüsusilə korrupsiya və yoxsulluqla mübarizə, immiqrant hüquqları və ekoloji problemlərlə bağlı açıq-aydın fikirləri həm katolik icmasında, həm də beynəlxalq aləmdə müzakirələrə səbəb olub.
Fransis kilsə daxilində cinsi zorakılıq hallarına daha şəffaf yanaşmağa çalışdı, lakin bu prosesdə daxili müxalifətlə üzləşdi.
***
Papa Fransiskin vəfatından sonra ənənəvi olaraq Sikstin kapellasında keçiriləcək Konklav (Papa Seçki Şurası) üçün hazırlıqların qısa müddət ərzində başlayacağı bildirilir.
Yeni papa seçilənə qədər Vatikanda bütün kilsə işləri Kardinallar Şurasının nəzarəti altında aparılacaq.
Növbəti Papa kim olacaq?
Papa Fransisin ölümü ilə yeni papanın seçilməsi ənənəvi barışıq prosesi ilə davam edəcək.
Dünyanın müxtəlif ölkələrindən olan kardinallar Sikstin kapellasında səs vermək üçün Vatikanda toplaşacaqlar.
Papa necə seçilir?
600 ildir ki, yeni Papanın seçilməsi Sikstin kapellasının bacasından qalxan tüstü ilə elan edilir. Bacadan qara tüstü çıxması Papanın seçilmədiyini, ağ tüstü isə onun seçildiyini bildirir.
Hələlik dəqiq varisin adı açıqlanmasa da, kardinal Pietro Parolin, kardinal Luis Antonio Taqle və kardinal Robert Sara da daxil olmaqla, bir neçə görkəmli kardinalın potensial namizədlər olduğu iddia edilir. Qərar sonda Kardinallar Kolleci tərəfindən veriləcək.