
“Hindistanı həll edəcəyik”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Hindistan-İran-Ermənistan yaxınlaşması
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Yeni Dehli “S-400” HHM sistemi və “Su-30” qırıcıları ilə maraqlanır
Tramp: “Hindistan tarifələri sıfırlamağı təklif etdi”
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Hindistan lideri 7 ildən sonra ilk dəfə Çini ziyarət edib
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Hər iki ölkə iqtisadi əlaqələri gücləndirmək istəyir
Neftdən sonra ən çox valyuta gətirən sektoruna yeni çağırışlar
Münasibətlərin normallaşmasına qərar verilib
ABŞ Rusiya neftindən qazananları fürsətçilikdə günahlandırır
Hindistanda sağlamlıq böhranı təhlükəsi ilə qarşı-qarşıya
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
Yeni Dehli Trampın əlavə tarif qərarını “təəssüf doğurucu” adlandırdı
Hindistanın Dehlidən Şrinaqar şəhərinə uçan “IndiGo” aviaşirkətinə məxsus sərnişin təyyarəsi yolda olarkən qəfil doluya düşüb. Sərnişinlər təyyarədə güclü turbulentlik səbəbindən qorxulu anlar yaşayıblar. Burun hissəsində böyük ziyan olan təyyarə pilotun müdaxiləsi ilə təhlükəsiz yerə enib.
İnsident dünən Hindistanın paytaxtı Yeni Dehlidən Hindistanın nəzarətində olan Kəşmirin ən böyük şəhəri Şrinaqara gedən təyyarədə baş verib. Normalda 1,5 saat davam edən uçuş zamanı təyyarə qəfildən güclü doluya tutulub.
"Uçuş və kabin heyəti protokola uyğun hərəkət etdi və təyyarə təhlükəsiz şəkildə Şrinaqarda eniş etdi", – şirkətin açıqlamasında deyilir.
Sərnişin Şeyx Samiullahın paylaşdığı videoda təyyarənin titrədiyi anlar və sərnişinlər arasında çaxnaşma yaşanıb. Kadrlarda sərnişinlərin qışqırması, uşaqların ağlaması eşidilir.
Samiullah Hindistan mətbuatına açıqlamasında “Hər şey əvvəl normal idi. Enişə 30 dəqiqə qalmışdı. Pilot təhlükəsizlik kəmərlərini bağlayın deyincə panika başladı. Öləcəyimizi düşündüm. Aşağı enəndə təyyarənin burnundakı dəliyi görəndə daha da qorxduq. Həyatımda ilk dəfə belə bir şey yaşamadım".
***
Şirkət zərərin miqyası ilə bağlı təfərrüatları paylaşmasa da, sərnişinlərin çəkdiyi fotolarda təyyarənin burnunda böyük bir dəlik görünür.
Hava şəraitinin pis olduğu Dehlidə həmin günün axşam saatlarında güclü yağış, şimşək çaxması və tufanların yaşandığı bildirilib.