İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
20:28 | 30 aprel 2017 | Bazar
Məqaləyə 1587 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Türkiyədə İrana əyləncəli verilişlər yayan məşhur «GemTV»-nin (Gem televiziyalar şəbəkəsinin) 47 yaşlı rəhbəri Səid Kərimiyan və onun küveytli şəriki Məhəmməd Mətəb Şəlahi naməlum şəxslərin silahlı hücumunda qətlə yetirilib.
Hadisə, aprelin 29-u axşam saat 21 radələrində İstanbulun Avropa hissəsindəki Sarıyer məntəqəsində baş verib. İş yerindən çıxıb küveytli şəriki ilə avtomobilinə minən Səid Kərimiyan az məsafə hərəkət etdikdən sonra, Cip markalı avtomobili idarə edən maskalı naməlum şəxslər onun maşınının qabağını kəsərək odlu silahlardan atəşə tutublar. Atəş nəticəsində 27 güllə yarası alan Səid Kərimiyan yerindəcə həlak olub, 3 güllə yarası alan məşhur küveytli tacir və xeyriyyəçi Məhəmməd Mətəb Şəlahi isə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmaylb.
Hadisə yerindən dərhal uzaqlaşan qatillər, İstanbulun Kəmərburğaz məntəqəsində iz qoymamaq üçün, cinayıt yerinə gəldikləri avtomobili tamamilə yandırdıqdan sonra qaçıblar. Türkiyə mediasının yaydığı məlumata görə hadisə yerinə cəlb edilən İstanbul polisi olayı araşdıraraq cinayətkarların axtarışı üçün geniş əməliyyata başlayıb.
Terror olayından az sonra BBC-yə açıqlama verən Səid Kərimiyanın ailə üzvləri, onun son aylar bir neçə dəfə İran rejimi tərəfindən təhdid edildiyini və hətta Tehran inqilab məhkəməsinin onu ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və sistemə qarşı təbliğat aparmaqda günahlandıraraq qiyabi olaraq həbsə məhkum etdiyini bildiriblər.
2006-cı ildən İstanbulda fəaliyyətə başlayan «GemTV» kanalı iranlı tamaşaçılar üçün əsasən qeyri-siyasi verilişlər yayır. Telekanalda, şou-biznes verilişləri, o cümlədən də fars dilinə dublyaj edilmiş Türk və Amerika serialları yayılır. Telekanal, son illər İranda qeyri-siyasi verilişlərin tərəfdarı olan əhalinin, o cümlədən də qadınların rəğbətini cəlb etdiyinə görə dəfələrlə İranın hökumət saytlarında tənqid atəşinə tutulmuşdu. Həmçinin son illər İranda müxtəlif məhdudiyyətlərlə üz-üzə qalan onlarla iranlı aktyor və aktrisa Türkiyəyə mühacirət edərək həmin telekanalla əməkdaşlığa başlamışdı. Bu isə onların tez-tez İran hökuməti tərəfindən təhdid edilməsinə gətirib çıxarmışdı.