

Biləsuvarın icra başçısı və müavinləri saxlanıldı
Sayt rəhbəri casusluqda günahlandırlır
DTX baş redaktorun şantaj etdiyi şəxslərin adlarını açıqladı
Hərbi xidmətə yollanan Heydər Əliyev Azərbaycana sədaqət andı içdi
Müqavimət göstərən iki terrorçu məhv edilib
258 nəfərin vətəndaşlığı ləğv olunub
DTX qaçaqmalçını yaxaladı, bacısını girovluqdan qurtardı
Baş Prokurorluq Xırdalandakı atışma barədə bəyanat yaydı
Şayiələr və reallıq: Yenə də şadlıq evləri…
Bakıda inanılmaz terror planının üstü açıldı - deputatları qırmaq istəyiblər; DTX-nin üzə çıxardığı tükürpədici təfərrüatlar
Ekspertlər hesab edirlər ki, jurnalist adına ləkə gətirən şəxslər ciddi cəzalandırılmalıdır
Haker Danila Dorin Azərbaycan bankından 3.7 milyon manat oğurlayıb
DTX 6 nəfərdən ibarət dəstəni həbs edib
Güc strukturları əməliyyat keçirdi
Azər Abbasov rekeçilikdə təqsirləndirilir
Mədət Quliyev Azərbaycanda əcnəbi casuslar barədə
Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan Biləsuvar Rayon İcra Hakimiyyətinin (İH) başçısı Mahir Quliyev məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin qudasıdır.
Yerli KİV-lərin məlumatına görə, icra başçısı Biləsuvarı demək olar ki, işğal edibmiş. Belə ki, Mahir Quliyev ələ keçirdiyi digər insanlara məxsus minlərlə hektar ərazidə qarpız və sarımsaq yetişdirib. Hətta onun müavinləri tərəfindən də hektarlarla sahə mənimsənilib.
Bundan əlavə, qeyd olunur ki, Mahir Quliyev münbit torpaqları dostlarına və yaxınlarına da paylayıb. Rayon başçısı bəzi əraziləri isə bir oliqarxa və başqa bir neçə sahibkara satıb.
Həm də iddia olunur ki, yerli iş adamları daima rayon rəhbərinin təzyiqi altında olublar. Rayondakı az-çox perspektivli iş növləri dərhal Mahir Quliyev və onun əlaltıları tərəfindən nəzarət altına alınıb. İcra başçısı, həmçinin yerli sahibkarları ərazinin abadlaşdırılması işində iştirak etməyə məcbur edib. Onların hər birinə öz vəsaiti hesabına abadlaşdırmalı olduğu ərazi ayrılıb. Rayon rəhbərinin tələblərini yerinə yetirməkdən imtina edən hər kəs dərhal elə bir təzyiqə məruz qalıb ki, obyektlərini satıb Biləsuvar rayonunu tərk etməyə məcbur olub.
Dövlət tərəfindən ayrılan sosial yardımın həqiqətən ehtiyacı olan və aztəminatlı ailələrə çatmadığı da bildirilir. Bu yardım yüksək vəzifəli şəxslərin yaxınlarının adlarına sənədləşdirilib və rayon rəhbərliyi tərəfindən mənimsənilib.
O da bildirilir ki, Xırmandalı kəndindəki Mahmudçala və Cərcili adlı ərazilərdə qanunsuz olaraq balıq yetişdirmək üçün çoxsaylı süni su anbarları yaradılıb. Ümumi sahəsi 500 hektar olan ərazidə sahibkarlar balıq yetişdiriblər və onların əsas ortağı rayonun başçısı Mahir Quliyev olub.
Bu süni gölməçələrin ətrafındakı qanunsuz hərəkətlər səbəbindən duz bataqlıqları əmələ gəlməyə başlayıb və münbit kənd təsərrüfatı əraziləri yararsız hala düşüb. Bu süni su gölməçələrinin yayda daim su ilə təmin edilməsi səbəbindən ərazidə ciddi su qıtlığı yaranıb. Belə ki, rayon rəhbərinin balıqçılıq biznesi ilə əlaqədar rayon sakinlərinin əkin sahələri susuz qalıb.
Ərazidə su çatışmazlığının başqa bir səbəbi, ümumi sahəsi 1,5 min hektar olan torpaq sahələrini su ilə təmin edən kanalın dağıdılması olub. Kanalın keçdiyi torpaq sahələri isə yerli məmurların mülkiyyətinə verilib.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək